Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:09

Biləsuvara gedən cəbhəçi Bakıda təcridxanadan 'tapıldı'


AXCP bayrağı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki gündür ki, bərəsində xəbər alınmayan fəalı Rəcəb Hüseynovu polisin saxladığı açıqlanıb.

Bu haqda AzadlıqRadiosu-na vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkilin sözlərinə görə, Rəcəb Hüseynov hazırda Binəqədidəki Müvəqqəti Saxlama Təcridxanasında saxlanılır.

“Ona 10 sutka inzibati həbs cəzası verilib. Hazırda Binəqədidəki cəzaçəkmə müəssisəsindədir”, - deyən vəkil cəbhəçi gəncin cəzalandırılmasının səbəbləri barədə hələlik, detallı bilgi ala bilmədiyini söyləyib.

Buna da bax:​ Daha bir cəbhəçinin saxlanıldığı bildirilir

AXCP fəalı Rəcəb Hüseynov oktyabrın 18-dən yoxa çıxmışdı.

Partiyadan verilən məlumata görə, Saatlı rayon Gənclər Komitəsinin üzvü olan Rəcəb Hüseynov oktyabrın 18-də Biləsuvar rayonuna qonaq gedib, orda saxlanmışdı. Daha sonra onun Bakıya - polis əməkdaşlarına təhvil verildiyi bildirilirdi.

Ancaq əlaqəli qurumların heç biri bununla bağlı rəsmi açıqlama verməmişdi.

AXCP-nin mətbuat xidmətindən həmçinin bildirmişdilər ki, Milli Şuranın oktyabrın 7-də keçirdiyi aksiyadan öncə və sonra fəallara təzyiqlər güclənib. Partiya hesab edirdi ki, gəncin saxlanılması da həmin prosesin tərkib hissəsidir.

Buna da bax: 'Gürcüstan işi' hesabatı açıqlandı

Bütün bu açıqlamalara, hələlik, Daxili İşlər Nazirliyi və məhkəmədən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Oktyabrın 7-si Milli Şura Bakıda “ Talana yox” şüarı ilə mitinq keçirib. Mitinq zamanı AXCP sədri Əli Kərimli demişdi ki, ümumilikdə 200-ə yaxın fəal polisə çağırılıb. Onlardan bəziləri saxlanıb. Ancaq mitinqdə səslənən bu açıqlamanı da hüquq- mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmamışdı.

Sonradan AXCP məlumat yaydı ki, 6 nəfər 10 gündən 30 günə kimi inzibati qaydada həbs cəzası alıb. Onların polisin qanunu tələblərini yerinə yetirməməkdə günahlandırıldığı açıqlandı. Daha sonra isə bəlli oldu ki, partiyanın Şirvan şəhərində də iki fəalı eyni ittihamla təqsirlənərək inzibati qaydada həbs cəzası alıblar.

Prezident İlham Əliyev isə bu günlər Avropa Birliyi Şurasının rəsmilərini qəbul edərkən deyib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir. Dövlət başçısının fikrincə, xalq kütləvi aksiyaları dəstəkləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG