Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:13

Daha bir cəbhəçinin saxlanıldığı bildirilir


Arxiv fotosu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Rəcəb Hüseynovu polisin saxladığı bildirilir.

Bu haqda AzadlıqRadiosu-na AXCP-nin mətbuat xidmətindən bildiriblər. Ancaq partiya, hələlik, onun harada saxlanıldığını müəyyən edə bilmədiyini açıqlayıb.

Partiyadan deyiblər ki, R.Hüseynovun atası da bu gün, oktyabrın 19-u Biləsuvar rayon Polis Şöbəsinə çağırılıb. Ona oğlunun Bakıya göndərildiyi bildirilib.

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

“Rəcəb Hüseynov Saatlı rayon Gənclər Komitəsinin üzvüdür. O, oktyabrın 18-də Biləsuvar rayonuna qonaq gedib. Onun orda polislər saxlayıb. Daha sonra Bakıya - polis əməkdaşlarına təhvil verilib”, – partiyadan deyiblər.

Partiya hesab edir ki, Milli Şuranın oktyabrın 7-də keçirdiyi aksiyadan öncə və sonra fəallara təzyiqlər güclənib. AXCP hesab edir ki, bu məsələ də həmin prosesin tərkib hissəsidir.

Biləsuvar rayon Polis Şöbəsindən və Daxili İşlər Nazirliyindən cəbhəçinin saxlanması, fəallara təzyiq edilməsi ilə bağlı deyilənlərə hələlik, münasibət almaq mümkün olmayıb.

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

XATIRLATMA

Oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirib. Mitinq zamanı AXCP sədri Əli Kərimli demişdi ki, ümumilikdə 200-ə yaxın fəal polisə çağırılıb. Onlardan bəziləri saxlanıb. Ancaq mitinqdə səslənən bu açıqlamanı da hüquq- mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmamışdı.

Sonradan AXCP məlumat yaydı ki, 6 nəfər 10 gündən 30 günə kimi inzibati qaydada həbs cəzası alıb. Onların polisin qanunu tələblərini yerinə yetirməməkdə günahlandırıldığı açıqlandı.

Üstəlik, mitinq ərəfəsində və sonra AXCP-nin bir neçə üzvünün də işdən çıxarıldığı bildirilir.

Halbuki, Aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılmışdı. Mitinqdə «Talana yox», «İstefa» kimi şüarlar səslənib.

Mitinqdə çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti sərt tənqid edib. Onlar deyiblər ki, hakimiyyətin neft siyasəti xalqın yox, bir ailənin mənafeyinə xidmət edib.

Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının üzvi, deputat Nizami Cəfərov isə AzadlıqRadiosu-na həmin fikirləri belə dəyərləndirib:

“Bizim müxalifətin hərdən elə yersiz iddiaları olur. Azərbaycanda neft siyasətinin nəticəsi bugünkü ölkədir. Azərbaycanın inkişafıdır, onun iqtisadi, siyasi, mədəni inkişafıdır. Bunlar göz qabağındadır. Ona görə də onların verdiyi şərhlər əvvəlcədən düşünülmüş, guya problem yaratmağa istiqamətlənən mənasız söz-söhbətdir…”

Milli Şuranın bundan öncəki mitinqi ərəfəsində də 7 fəal inzibati qaydada həbs edilmişdi. Qurum hesab edir ki, hakimiyyət bununla əhalinin gözünü qorxutmaq və aksiyaya qatılanların qarşısını almaq istəyir.

Prezident İlham Əliyev isə bu günlər Avropa Birliyi Şurasının rəsmilərini qəbul edərkən deyib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir. Dövlət başçısının fikrincə, xalq belə aksiyaları dəstəkləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG