Azərbaycanda dövlət büdcəsindən dini qurumlara maliyyə yardımının ayrılması dünyəvilik prinsipi və şəffaflıq ətrafında müzakirələr yaradıb.
Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən 25.5 milyard manat ayırsa da, bu vəsaitin detallı xərclənmə hesabatı ictimaiyyətə açıqlanmır.
Azərbaycanda məktəblərdə vahid geyim qaydalarının tətbiqi və hicab məhdudiyyəti etiraz dalğasına və həbslərə səbəb olub. Rəsmi qurumlar asayişi pozma ittihamı ilə 37 nəfərin saxlanıldığını bildirsə də, hüquq müdafiəçiləri bu rəqəmin 200-dən çox olduğunu iddia edirlər.
Azərbaycanın milli sərvətləri qlobal idman meydanlarında: SOCAR gələn ildən etibarən İtaliya futbol millisinin baş sponsoru olur. İndiyə qədər "Qalatasaray"dan "Formula 1"ə, Rumıniya klublarından Avropa Çempionatına qədər milyonlarla avro xərcləyən rəsmi Bakının bu addımları ölkəyə nə qazandırır?
2023-cü ildən pasiyentlər icbari tibbi sığorta ilə özəl tibb müəssisələrinə də göndərilirdi. Amma bu ilin yazından sözügedən göndərişlərin dayandırıldığı bildirilir. Həkimin fikrincə, bunun ən ağlabatan səbəbi büdcəyə qənaət edilməsi ola bilər.
Azərbaycan məktəblərindəki hicab qaydaları və vahid geyim forması Bakı ilə Ankara arasında gözlənilməz fikir ayrılığına səbəb olub. Türkiyə prezidentinin baş müşavirinin kəskin tənqidlərinə və İsrail mövzusunda ittihamlara hakim Yeni Azərbaycan Partiyasından sərt cavab gəlib.
Azərbaycanda ana ölümlərinin statistikası rəsmi hədəfləri alt-üst edib. Hökumət bu göstəricini hər 100 min doğuş üçün 13-ə endirməyi planlaşdırsa da, real rəqəm 27.1-ə yüksəlib. Ekspertlər xəbərdarlıq edir: Günahkar həkimlər yox, fəsadları idarə edə bilməyən səhiyyə sistemidir.
Avropa Parlamenti Azərbaycanda insan haqları ilə bağlı tənqidi qətnamə qəbul edib. Keçmiş diplomat Nahid Cəfərov bu tipli qətnamələrin hazırkı məqamda hər hansı real nəticə verəcəyinə inanmır.
Azərbaycanda bankların sərbəst vəsaitləri 6.3 milyard manata çatsa da, kredit faizləri azalmayıb, əksinə 18.83 faizə yüksəlib.
Rusiya ilə NATO arasında müharibə riski artıq uzaq bir ehtimal deyil, qlobal medianın və analitiklərin ən çox müzakirə etdiyi real təhlükədir. Avropa paytaxtları hibrid hücumlara və mümkün toqquşmalara hazırlaşır, ekspertlər isə kritik dövr kimi 2029–2030-cu illəri göstərirlər.
24 yaşlı Fatimə Rəhmanzadənin küçədə əri tərəfindən bıçaqlanması ölkədə qadın qətllərinin (femisid) acınacaqlı statistikasını yenidən gündəmə gətirib.
Siyasi rəqabətin yoxluğu, media üzərində sərt nəzarət və atadan oğula keçən hakimiyyətlər... Son illər cəmiyyətdə tez-tez səslənən "Azərbaycan Türkmənistanlaşır" ifadəsi nə dərəcədə realdır?
Davamı