Keçid linkləri

2026, 26 May, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Azərbaycan və Ermənistan sərhəd xəritəsini hazırlamağa aid təlimatı razılaşdırıblar

Demarkasiya komissiyaları sonuncu dəfə ötən ilin noyabrında Qəbələdə görüşüb.
Demarkasiya komissiyaları sonuncu dəfə ötən ilin noyabrında Qəbələdə görüşüb.

Aprelin 29-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının 13-cü iclası keçirilib. Ermənistanda gerçəkləçən bu görüşlə bağlı rəsmi AZƏRTAC agentliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair bir sıra təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər. Buraya iki ölkənin dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası, dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması, delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında təlimatlar daxildir.

Tərəflər bu təlimatların təsdiqlənməsi üçün öz hökumətlərinə müraciət etmək barədə fikir birliyi əldə ediblər.

Əlavə edildiyinə görə, həmçinin işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə iqtisadi-ticari əməkdaşlığın inkişafı, malların və xidmətlərin qarşılıqlı tədarükü, habelə tranzit daşımaları məsələləri müzakirə olunub.

Tərəflər komissiyaların Azərbaycanda növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə də razılaşıblar.

Azərbaycan nümayəndə heyəti Ermənistandadır

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana gedib. Bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi (XİN) AzadlıqRadiosuna təsdiqləyib. Nazirlikdən mətbuata əlavə məlumat veriləcəyi bildirilib.

Mustafayev həmçinin Azərbaycan demarkasiya komissiyasının sədridir.

Demarkasiya komissiyaları sonuncu dəfə ötən ilin noyabrında Qəbələdə görüşüb, növbəti iclasın Ermənistanın şəhərlərindən birində keçirilməsi barədə razılığa gəliblər.

28 noyabr

Paşinyanın müavini Qəbələyə gəlib

Noyabrın 28-də Qəbələdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların 12-ci görüşü keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, görüşün tərəflərdən birinin ərazisində – Azərbaycanın Qəbələ şəhərində keçirilməsindən məmnunluq bildirilib. (əvvəlki görüşlər sərhəddə keçirilirdi)

Məlumata görə, tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələləri, müvafiq təlimat layihələrini müzakirə ediblər.

Növbəti görüşü Ermənistan şəhərlərindən birində keçirməklə bağlı razılığa gəlinib.

Bu komissiyaların 11-ci görüşü bu il yanvarın 16 -da keçirilmişdi.

  • 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
  • Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılıb. Nəhayət, bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar. Sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və qarşılıqlı iddiaların dayandırılması vacib sayılır.
XS
SM
MD
LG