Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:42

Ölkə parlamenti terrorla bağlı qanunlara dəyişiklik etməyə hazırlaşır. Bu gün, iyunun 5-i Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin birgə iclasında həmin dəyişikliklər müzakirə edilib.

Bu haqda Milli Məclisin mətbuat xidməti xəbər verir.

Toplantıda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov dəyişikliklər barədə bilgi verib. Onun sözlərinə görə, “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunun 1-ci və 14-cü maddələrinə dəyişikliklər edilməsi planlaşdırılır.

Buna da bax:​ Bakıda antikorrupsiya müzakirələri keçirilib

Qanunun 1-ci maddəsinə edilən dəyişikliyə görə, maddənin üçüncü və beşinci abzaslarında “terrorçu” və “terror təşkilatı” anlayışları genişləndirilir. Onların izahı daha dolğun şəkildə verilir.

14-cü maddədə isə qeyd edilir ki, terrorçuluqla mübarizədə iştirak edən şəxs əməliyyatlar zamanı həlak olduqda, xidmətini davam etdirməyə imkan verməyən dərəcədə xəsarət aldıqda ona, onun ailəsinə dövlət büdcəsi hesabına orta aylıq əməkhaqqının (təqribən 500 manat - A.R) müvafiq olaraq yüz və ya doxsan misli miqdarında birdəfəlik müavinət ödənilir. Bu maddəyə təklif olunan dəyişikliyə görə, isə həmin müavinət nağdsız qaydada ödəniləcək ki, bu da “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Buna da bax:​ XİN: 'Hüquq məsələsini siyasiləşdirməyin'

Dəyişikliklər terrorizmlə mübarizə sahəsində müəyyən olunmuş beynəlxalq standartlarla izah edilir.

Birgə toplantıda iştirak edən deputatlar dəyişiklikləri dəstəkləyiblər. Layihə plenar iclasa çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG