Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 01:18

Bakıda antikorrupsiya müzakirələri keçirilib


Fuad Ələsgərov

Yaxın günlərdə Azərbaycanda “Antikorrupsiya idarəetmə sistemi” standartı (İSO 37001) qəbul ediləcək.

Bu gün, aprelin 27-də Bakıda həmin standarta həsr edilmiş konfrans keçirilib.

İSO-nun müvafiq komitəsinin katibi, standartın müəllifi Maykl Heniqan da tədbirdə iştirak edib.

Buna da bax:​ 'Azərbaycanla bağlı rüşvət iddiaları araşdırılsın'

“Azərbaycanda korrupsiyaya ilə mübarizə üzrə bütün mexanizmlər mövcuddur və bu proses daim inkişafdadır”, deyə Azərbaycan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.

Ancaq, O, 12 il əvvəl qəbul edilən “Korrupsiya ilə mübarizə haqqında” qanuna uyğun olaraq dövlət qulluqçularının gəlirlərinin bəyan edilməsi məsələsinə toxunmayıb.

Buna da bax: Azərbaycanlı məmur 75 milyon dolları məsrəf etməkdə şübhəli bilinir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov deyib ki, əsas məqsəd korrupsiyaya ilə mübarizə sisteminin təşkili, tətbiqi, daima tənzimlənməsi, vaxtaşırı yenidən baxılması və təkmilləşdirilməsidir. Standartın tətbiqi zamanı təşkilatda mövcud ola biləcək korrupsiya riskləri araşdırılır, onların qiymətləndirilməsi aparılır və bu qiymətləndirmə əsasında qabaqlayıcı tədbirlərin görülməsi üzrə prosedur qaydalar sistemi qurulur.

“İSO 37001 standartı artıq, Oksford Universitetində, London Şəhər Polisi, Britaniya Dövlət Maliyyə İdarəsi, BP şirkəti, İtaliyanın ENİ şirkəti və digər təşkilatlar tərəfindən tətbiq edilib”, deyə SMPDK rəhbəri vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG