Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:24

Azərbaycanlı məmur 75 milyon dolları məsrəf etməkdə şübhəli bilinir


 Roman Nasirov
Roman Nasirov

Ukrayna Dövlət Maliyyə Xidmətinin (DFX) sədri, əslən azərbaycanlı Roman Nəsirov vəzifəsindən kənarlaşdırılıb.

“Qafqazinfo” xarici kütləvi informasiya vasitələrinə istinadla onun martın 2-də saxlandığını xəbər verir.

Mənbənin onun vəkilinə istinadla verdiyi məlumata görə, Milli Antikorrupsiya Bürosu Roman Nəsirovu vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və 70 milyon dollar məbləğində dövlət əmlakını məsrəf etməkdə şübhəli bilinir.

Başqa mənbələrdə isə bunun 75 milyon dollar olduğu bildirilir.

Məlumata görə, Roman Nəsirovun səlahiyyətlərinin icrası müavini Miroslav Prodan-a həvalə edilib.

BBC-nin rus xidməti yazır ki, buna görə Nəsirova 3 ildən 6 ilədək həbs cəzası kəsilə bilər.

Mənbənin məlumatına görə, Ukraynanın baş naziri Vladimir Hroisman bildirib ki, faktla bağlı tam ədalətli və açıq istintaq aparılmalıdır.

Vladimir Hroisman.Ukraynanın baş naziri
Vladimir Hroisman.Ukraynanın baş naziri

Nəsirovun vəkili Andrey Kuzmenko “112 Ukraina” televiziya kanalına deyib ki, o, 2 milyard hrivnanı (75 milyon dollar) məsrəf eləməkdə şübhəli bilinir.

Ukraynanın başqa bir idarəsi,Milli antikorrupsiya bürosunun məlumatına görə isə Nəsirov bilərəkdən biznesmen Aleksandr Onishenkonun maraqlarına xitmət etməkdə şübhəli bilinir.

Həm də Ali Radanın deputatı olan Onishenko böyük məbləğdə dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Ukraynalı oliqarx Aleksander Onishenko
Ukraynalı oliqarx Aleksander Onishenko

Prokurorluğun məlumatına görə, bir neçə müəssisənin əməkdaşları Onishenkonun köməyi ilə daxildə istehsal olunan qazı ucuz qiymətə sataraq dövlətə milyardlarla ziyan vurublar.

Hazırda xaricdə olan biznesmen məsələnin siyasi motivli olduğunu deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG