Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:13

Azərbaycan yalnız İrandan irəlidədir


Azərbaycan «mətbuat azadlığı indeksi»nə görə qonşularından yalnız İrandan irəlidədir. 178 ölkə arasında 152-ci yerdədir.

Azərbaycanda mətbaut azadlığının durumu Gürcüstan, Ermənistan, Rusiya, Türkiyədən geri qalır.

Bu barədə mərkəzi Fransada yerləşən «Sərhədsiz Reportyorlar» Təşkilatının oktyabrın 20-də yaydığı «Mətbuat Azadlığı İndeksi-2010» hesabatında deyilir.

Bu indeks 40 kriteriya üzrə müəyyənləşir.

Siyahıya Finlandiya, İslandiya və Niderland başçılıq edir.

«Sərhədsiz Reportyorlar» Təşkilatına görə, mətbuat azadlığı ilə bağlı ən pis vəziyyət Eritreya, Şimali Koreya, Türkmənistan və İrandadır.

Hazırda Azərbaycanda bir neçə jurnalist və 2 blogger həbsdədir.

Buna da bax:

XS
SM
MD
LG