Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:46

Bejnəlxalq təşkilatlar Belarusu jurnalistin ölümünü araşdırmağa çağırıblar


Beynəlxalq jurnalist təşkilatları Belarusun hakim dairələrini müxalifətdə olan jurnalist Oleq Bebeninin ölümünü hərtərəfli araşdırmağa çağırıblar.

Jurnalistləri Müdafiə Komitəsi jurnalistin ölümüylə bağlı əlavə istintaq aparılmasını tələb edib.

Sərhədsiz Reportyorlar təşkilatı isə jurnalistin öldürülməsini istisna eləmir.

Təşkilat 1997-ci ildə Bebeninin oğurlandığını, 1999-cu ildə isə hücuma məruz qaldığını xatırladır.

Müxalifətdə olan jurnalist Oleq Bebenin ötən cümə günü Minsk ətrafındakı bağ evindən asılmış vəziyyətdə tapılıb.
XS
SM
MD
LG