Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

İki beynəlxalq qurum 3 azərbaycanlı məhbusla bağlı bəyanat verib


«Sərhədsiz reportyorlar» təşkilatı həbsdə olan jurnalist Eynulla Fətullayevlə, «Dünya Gənclər Hərəkatı» isə gənc bloqqer Adnan Hacızadə və Emin Milli ilə bağlı bəyanat verib.

«Sərhədsiz reportyorlar» Azərbaycanın məhkəmə sistemini E. Fətullayevi həbsdə saxlamaq məqsədilə təqib etməkdə günahlandırıb. Təşkilat hesab edir ki, sonuncu cinayət işi E.Fətullayevin azad edilməsindən yayınmaq üçün saxtalaşdırılıb.

Təşkilat E. Fətullayevi dərhal azad etməyə çağırıb.

Eynulla Fətullayev 2007-ci ildən həbsdədir. Bu yaxınlarda həbsxanada onun üzərindən narkotik maddə tapıldığı bildirilərək, yeni cinayət işi açılıb.

«Dünya Gənclər Hərəkatı» isə bəyanatında iki bloqqerin azadlıqlarının, ifadə azadlığı hüquqlarının boğulması faktlarını pisləyiblər. Bəyanat müəllifləri dünyada gənc siyasi dustaqların azad olunması üçün avtoritar hakimiyyətlərə təzyiq göstərmək öhdəliyi götürdüklərini açıqlayıblar.

A. Hacızadə və E. Milli ötən il Bakının «Livan» restoranında davadan sonra tutulublar. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmaqda ittiham olunur. E. Milli 2 il 6 ay, A. Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. /Mediaforum/
XS
SM
MD
LG