Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:28

«Sərhədsiz reportyorlar» Eynulla Fətullayevin ailəsinə maddi yardım edib


«Sərhədsiz reportyorlar» mətbuatı müdafiə təşkilatı həbsdə olan jurnalist Eynulla Fətullayevin ailəsinə maddi yardım göstərib. Təşkilat nümayəndəsinin «Turan»a verdiyi məlumata görə, vəsait ailəyə bazar ertəsi təqdim edilib. Bu pul jurnalistin dəstəyə ehtiyacı olan valideynlərinə maddi yardım göstərilməsi xahişinə cavab olaraq ayrılıb.

Bir müddət əvvəl bu təşkilat bir neçə Azərbaycan jurnalistinə - Qənimət və Sakit Zahidovlara, Müşfiq Hüseynova, Bahəddin Həziyeva və digərlərinə maddi yardım göstərib.
XS
SM
MD
LG