Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:56

«Sərhədsiz Reportyorlar» Eynulla Fətullayev barəsində ittihamları «qurama» adlandırıb


«Sərhədsiz Reportyorlar» Təşkilatı Eynulla Fətullayevin daha 3 illiyinə azadlıqdan məhrum edilə biləcəyi xəbərindən sarsılıb. Təşkilat jurnalist barəsində ittihamları «qurama» adlandırıb.

İyunun 30-da dövlət ittihamçısı Elçin Nağıyev cəzasını ciddi rejimli cəzaçəkmə yerində çəkməklə jurnalistin 3 il azadlıqdan məhrum edilməsini istəyib.

«Sərhədsiz Reportyorlar» Təşkilatı inanır ki, müstəqil jurnalistin təqibə məruz qalmasına yeganə səbəb onu susdurmaqdır.

Təşkilat Fətullayevə qarşı ittihamların siyasi motivli olduğunu bildirir.

«Realnı Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev ilk dəfə 2007-ci ildə xocalıların şərəf və ləyaqətini təhqir etmək ittihamı ilə 2 il 6 aylığa həbs olunub. Daha sonra vergidən yayınma və terrorçuluğu qızışdırma ittihamları ilə onun cəzası 8 il 6 aya çatdırılıb.

Ötən il dekabrın 29-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0.223 qram heroin tapılıb. Eynulla Fətullayev, vəkili, bir çox yerli və beynəlxalq təşkilatlar bu işi əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirirlər.

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi haqda qərar çıxarıb.
XS
SM
MD
LG