Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:47

Ümumdünya Mətbuat Azadlığı Günü yoxsa jurnalistlərin «qara bayram»ı?


Emin Hüseynov
«Bu gün üç vicdan məhbusu həbsdədir, jurnalist Elmar Hüseynovun qatilləri və qətlinin sifarişçiləri hələ də azadlıqdadır. Vətəndaşlar hələ də alternativ məlumat əldə etmək hüququndan faktiki olaraq məhrumdurlar. Xarici radioların FM tezliklərində yayımı dayandırılıb. Bir çox qəzet redaktorları həbs olunub. Ona görə də bu gün hər hansı bayram əhval-ruhiyyəsindən danışmaq düzgün deyil. Bizim üçün bu gün qara bayramdır».

Bu sözləri Ümumdünya Mətbuat Azadlığı günündə AzadlıqRadiosunun «İşdən sonra» proqramının qonağı - Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov bildirib.

Verilişin digər qonağı Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də Azərbaycan mətbuatının bugünkü çətinliklərindən danışıb. O bildirib ki, jurnalistlər informasiya almaqda, hazırlamaqda və onları cəmiyyətə çatdırmaqda əziyyət çəkirlər.

Jurnalist Əfqan Muxtarlı isə bu yaxınlarda öz vəzifəsini yerinə yetirərkən polislər tərəfindən təzyiqə məruz qaldığını bildirib. Buna cavab olaraq Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov məsələyə münasibət bildirərək deyib ki, jurnalistlər aksiyalar zamanı öz təhlükəsizlikləri üçün təhlükəsizlik jiletindən istifadə etməlidir.

Yadigar Məmmədli
E.Zahidov bildirib ki, Daxili İşlər Nazirliyinə hər hansı bir aksiya zamanı jurnalistlərə təzyiq olunması ilə bağlı heç bir müraciət olmayıb. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov aksiyalar zamanı jiletli jurnalistlərə də təzyiq göstərildiyinin dəfələrlə şahidi olduğunu rəsminin diqqətinə çatdırıb. Ehsan Zahidovsa belə hallarda jurnalistlərə qanunsuz aksiyaların iştirakçısına çevrilməməyi məsləhət görüb.

Sonradan efirə bağlanan millət vəkili, jurnalist Bəxtiyar Sadıqov isə «Sərhədsiz Reportyorlar» təşkilatını Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməkdə günahlandıraraq, onların bəyanatını qeyri-ciddi adlandırıb.



HƏMÇİNİN OXU

İLHAM ƏLİYEV 3 İLDİR «MƏTBUATIN QƏNİMİDİR»
XS
SM
MD
LG