- MÜTLƏQ hiperlinklə istinad verilməlidir.- İcazə olmadan fotolarımızı təkrar dərc etməyin.İstifadə şərtləri haqda ətraflı burada
İddia olunur ki, həmin pullar jurnalistlərin evindən tapılıb. Onlarsa bildirirlər ki, evlərinə axtarışa gələnlər pulları özləri ilə gətirib, tapacaqları yerə qoyub, sonra da götürüblər.
Bakının mərkəzində uzun illərdir məskunlaşdıqları mənzildən çıxmayan keçmiş məcburi köçkün ailəsi buna görə evin sahibinə 34 min manata yaxın təzminat ödəməli olacaq.
Siyasi Menecment İnstitutunun direktoru, bir ildən çoxdur həbsdə olan politoloq Azər Qasımlının işi üzrə məhkəmə araşdırmaları sona yaxınlaşır.
"Bu xəstəliyin daşıyıcısı olduğumuz da vaxtında aşkara çıxarılsaydı, bu gün nəticə belə olmazdı".
"Bu səfərlərin tarixlərini cinayət işinə köçürüblər, guya bununla da qaçaqmalçılığı sübut ediblər".
Avropa Məhkəməsi 7 sentyabr 2023-cü il tarixli qərarda İ.Qurbanovun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu təsdiqləyib.
"Özünüzü hakim yox, prokuror kimi aparırsınız. Prezident Aparatından nə deyilirsə, onu da edirsiniz".
M.Mirzəli özünü təqsirli bilmir. O, Azərbaycan hökumətini tənqid etdiyinə görə təqib olunduğuna diqqət çəkir.
"Kanal11" internet televiziyasının rəhbəri Teymur Kərimovun həbs müddəti azaldılıb. Mayın 15-də Bakı Apellyasiya Məhkəməsi onun vəkilinin verdiyi vəsatəti qismən təmin edib və Kərimovun cəzası 8 ildən 7 ilə endirilib.
Sorğu AXCP sədrinin 2019-cu ilin iyununda Müsavat Partiyasının qərargahında xeyriyyə marafonu keçirilərkən, tutulub polis idarəsinə aparılmasıyla bağlıdır.
Bakının Nərimanov rayonu, "Baksol yolu" adlanan ərazidə altı ay öncə 28 yaşlı Cümşüd Cümşüdlünün dayandığı vaxt yerin çökməsi üzündən kanalizasiya kanalına düşməsinə görə ətrafdakı obyektlərin sahibləri suçlanırlar.
Təqsirləndirilən şəxslərin qaçaqmalçılıqda suçlandığı elan edilərkən jurnalistlər "Arşın mal alan" filmindən musiqili parçanı fərqli sözlərlə oxumağa başlayıblar.
Goranboy rayonunda fəaliyyət göstərən sahibkarla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) arasında torpaq qalmaqalı yaşanır. Hər iki tərəf bir-birini məhkəməyə verib.
"Balakhani Operating Company LTD" şirkətinin Azərbaycandakı filialının keçmiş prezidenti Uolker Ceyms Alan hüquqlarının pozulduğunu iddia edir.
"Qrant haqqında yeni qanundan sonra mən nə Azərbaycandan, nə də digər ölkələrin buradakı nümayəndələrindən qrant almışam".
"İnternatda hər yerdə kamera var. Mən müstəntiqdən də xahiş etmişdim ki, kamera görüntülərini götürsün. Müstəntiq etmədi...".
"Guya onlardan 71 min pul almışam. Kim alqı-satqısız adama 71 min pul verər?".
Fatimə Mövlanlı məhkəməyə gələn ictimai-siyasi fəallara təşəkkürünü bildirib və onları "potensial siyasi məhbus" adlandırıb.
"Birdən bu da yıxıldı yanıma. Soruşdum ki, "buna nə oldu?". Dedilər ki, "sən onu bıçaqlamısan"".
Şirkət 3 milyon 29 min dollarlıq borcun ödənişindən ötrü dəfələrlə Azərbaycanın Qırğızıstandakı səfirliyinə üz tutsa da, faydası olmayıb.
Davamı