Keçid linkləri

2025, 25 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:48

Avropa Məhkəməsi Əli Kərimlinin şikayətinə görə hökumətə sorğu göndərib


Əli Kərimli polisdən buraxıldı: Səhv anlaşılma olub
Gözlə

No media source currently available

0:00 0:06:45 0:00

Əli Kərimli polisdən buraxıldı: Səhv anlaşılma olub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin şikayətinə görə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə sorğu göndərib. Sorğu AXCP sədrinin 2019-cu ilin iyununda Müsavat Partiyasının qərargahında xeyriyyə marafonu keçirilərkən, tutulub polis idarəsinə aparılmasıyla bağlıdır. Ə.Kərimlinin olayla bağlı Avropa Məhkəməsinə şikayəti üzrə kommunikasiya başlanıb.

Partiya sədri ərizəsində xeyriyyə marafonuna qatılmaq məqsədilə Müsavat Partiyasının qərargahına gəldiyini göstərib. Həmin vaxt polislər qərargaha hücum edərək heç bir əsas olmadan onu saxlayıb, Binəqədi Rayon Polis İdarəsinə aparıblar. Təxminən 2 saat prokuror və polisin yüksəkvəzifəli şəxsləri ilə danışıqdan sonra buraxılıb.

Qanunsuz saxlandığını vurğulayan Ə.Kərimli bununla əlaqədar yerli məhkəmələrə şikayət etsə də, onun iddiası təmin olunmayıb. Binəqədi rayon Məhkəməsi qərarında göstərib ki, Ə.Kərimlinin polis idarəsinə aparılmasında heç bir qanunsuzluq yoxdur. O, nə həbs olunub, nə də saxlanılıb, sadəcə, "qanunsuz parklanma" ilə bağlı xəbərdarlıqdan sonra polis idarəsindən buraxılıb. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.

Ardından Avropa Məhkəməsinə şikayət edən AXCP sədri ərizəsində göstərib ki, ona münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 11-ci (yığıncaqlar və birləşmək azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri) maddələri pozulub.

Xatırlatma

2019-cu il iyunun 28-də Repressiya və İşgəncələr Əleyhinə Komitə xeyriyyə marafonu keçirib. Bu tədbirdən məqsəd etiraz aksiyalarına qatıldığı üçün cəzalandırılan ictimai-siyasi fəalların cərimələrinin ödənilməsinə kömək olub. Ə.Kərimlini elə bu zaman saxlayaraq polis idarəsinə aparıblar.

Həmin gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilirdi ki, AXCP sədri Müsavat Partiyasının qərargahı önündə qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla bağlı polis idarəsinə çağrılıb.

Ə.Kərimli isə hüquq-mühafizə orqanlarının açıqlamasında yazılanların həqiqətəuyğun olmadığını bəyan etmişdi: "Bizim hüquq-mühafizə orqanları səhv başa düşüblər, xeyriyyə marafonu ilə yürüşü qarışdırıblar".

AXCP sədri bu il noyabrın 29-dan həbsdədir. Onun haqqında ilkin istintaq dövrü üçün fevralın 13-dək həbs-qətimkan tədbiri seçilib.

Ə.Kərimli və onunla eyni gündə saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Onlar özlərini təqsirli bilmirlər.

Hazırda AXCP-nin 20-yə yaxın üzvü həbsdədir.

XS
SM
MD
LG