Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 05:10

Xanımı: 'Əfqanın vəziyyəti get-gedə pisləşir'


Həbsdəki jurnalistin xanımı: 'Elə bil şou göstərirəm, heç bir reaksiya yoxdur'
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Həbsdəki jurnalistin xanımı: 'Elə bil şou göstərirəm, heç bir reaksiya yoxdur'

Bu gün, yanvarın 6-da xanımı Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovla görüşüb. Bu barədə AzadlıqRadiosuna elə Ə.Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib: "Əfqanın səhhəti çox ağırdır, get-gedə də lap ağırlaşmaqda davam edir".

Onun sözlərinə görə, həkimlər Ə.Sadıqovu reanimasiya şöbəsinə aparmaq istəsələr də, özü getmir: "Bildirir ki, ora antisanitariya vəziyyətindədir".

Xanımı habelə əlavə edib ki, həkimlər də Ə.Sadıqovun səhhətindən narahatdırlar və hər an onun komaya düşə, vəfat edə biləcəyi xəbərdarlığını edirlər: "Amma huşu yerindədir, çəkisi 90 kiloqramdan 63 kiloqrama düşüb, aclığı davam etdirir".

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və başqa uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xanımı Əfqan Sadıqovla danışıb

Yanvarın 5-də xanımı Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovla telefonla danışıb.

Bu barədə AzadlıqRadiosuna elə Ə.Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib: "Əfqanla bu gün (yanvarın 5-i) telefonla danışdım. Övladlarını görmək istədi, sabah uşaqları görüşə aparacağam".

Ə.Sadıqovun səhhətinə gəlincə, xanımı bunları bildirib: "Keçən il dekabrın 26-da səhhəti kəskin pisləşəndə Penitensiar Xidmətin Müalicə Müəssisəsində sistem köçürülüb. Hərəkətində problemlər qalmaqda davam edir".

O vurğulayıb ki, Ə.Sadıqovla bağlı apellyasiya şikayətinə baxış prosesi yanvarın 21-nə təyin edilib: "Əfqan barəsində çıxarılmış hökmü ədalətsiz sayır və işinə ədalətlə baxılmasını istəyir. Yeganə istəyi də budur".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ombudsman Aparatından açıqlama

Amma Ombudsman Aparatından "Turan" agentliyinə bildiriblər ki, Ə.Sadıqovun səhhəti nəzarətdə saxlanılır: "Bu gün də, yəni, yanvarın 5-də Əfqanla telefonla danışdıq. Müalicə Müəssisəsi ilə əlaqə saxladıq. Əvvəlki kimi qida qəbul etmir".

Qurumdan habelə qeyd edilib ki, onun saxlanma şəraitindən şikayəti yoxdur. "Vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Səhhəti daim həkim nəzarətindədir", - Aparatdan bildiriblər.

Azel TV saytının rəhbəri Ə.Sadıqov ötən ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı.

Xatırlatma

Ə.Sadıqov bundan öncə, 2016-cı il noyabrın 22-də də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Sonradan onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddətlərə inzibati qaydada həbs edilib. Ə.Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

XS
SM
MD
LG