Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:44

'Güzəştli mənzil' sistemi niyə çöküb? - Açıqlama


Ev

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə vətəndaşların «Güzəştli mənzil» satışı sisteminə daxil olarkən «Elektron hökumət» portalında üzləşdikləri problemlə bağlı mayın 8-də açıqlama yayıb.

Açıqlamada bildirilir ki, güzəştli mənzil sisteminə şəxsi marağı nəzərə alaraq «Elektron hökumət» portalına eyni vaxtda daxil olmaq həcmi 10 min nəfərə qaldırılıb.

Açıqlamaya görə, hətta eyni vaxtda portala 10 min nəfərin girməsi də azlıq edib: «7 may 2018-ci il tarixində saat 11:50-yə qədər «Güzəştli mənzil» sisteminə ümumi müraciət 60 min 184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 mindən çox olub. Buna görə də portal artıq yüklənməyə məruz qalıb və müraciətlərin eyni anda qeydə alınmasında qısamüddətli ləngimə yaranaraq nasazlıq baş verib».

Sözügedən qurumların bildirməsinə görə, növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib.

Açıqlamada vurğulanır ki, hər iki qurum növbəti mərhələlərdə «Güzəştli mənzil» sistemi vasitəsilə satışa çıxarılacaq mənzillərin elektron qaydada seçimini daha da təkmilləşdirəcək, baş vermiş nöqsanların təkrarlanmamasından ötrü zəruri tədbirləri həyata keçirəcəklər.

Bu həftənin ilk günü, mayın 7-dən «Yasamal» Yaşayış Kompleksində sosial mənzillərin satışına başlandığı açıqlanıb. Ancaq vətəndaşların «Elektron hökumət» portalına daxil olmasında ciddi problemlər yaranıb.

Baş verənlər sosial şəbəkələrdə sadə insanlara yaradılan maneələr kimi dəyərləndirilib.

İndi maaşınızla neçə ilə ev ala bilərsiz?
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Qiymətlər 30 min manatdan başlanır

MİDA bildirirdi ki, birinci mərhələdə 4 binadakı 260 hazır, tam təmirli, mətbəx mebeli və isitmə sistemi olan 1-3 otaqlı mənzillər satışa çıxarılıb. Satış avqustun 7-dək davam etməlidir.

MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi «Elektron hökumət» portalında yaradılmış «Güzəştli mənzil» sistemi vasitəsilə elektron qaydada həyata keçirilməlidir. Yalnız «Güzəştli mənzil» sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.

MİDA qeyd edib ki, bütün binalar Dövlət Tikinti Normalarına uyğun layihələndirilib və inşa olunub.

Qiymətlərə gəlincə, MİDA bildirib ki, ən ucuz mənzillər 1-otaqlı mənzillərdir - qiymətlər 29 min 925 manatdan başlanır. 2-otaqlı mənzillərin qiyməti 47 min 282, 3-otaqlıların isə 65 min 626 manatdan satışa çıxarıldığı açıqlanıb.

Vətəndaşlar mənzilləri İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına da əldə edə bilərlər. Həmin kreditlər 3-30 illiyə, 4 faizlə verilməlidir. Güzəştli ipoteka krediti vasitəsilə alındıqda minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10 faizini təşkil etməlidir.

Ancaq bəzi ekspertlər də deyirlər ki, satışa çıxarılan mənzillərin «sosial mənzillər» adlandırılması düzgün deyil. Onların bildirməsinə görə, bu layihədə güzəştdən çox qazancdan söhbət gedir.

Xatırlatma

Sosial evlərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb.

Həmin agentliyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. «Yasamal» Yaşayış Kompleksi 29 yaşayış binasından ibarətdir. Kompleksin bütün mühəndislik infrastrukturu dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına qurulub.

Ötən il dekabrın 24-də isə prezident İ.Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi çərçivəsində Hövsanda inşa ediləcək 11 binadan birincisinin təməlini qoyub.

Multimedia

XS
SM
MD
LG