Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:41

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub


Z.Həsənov

Bu gün, martın 28-də Ankarada Azərbaycan müdafiə naziri Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar arasında görüş keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

«Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub. Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar», - məlumatda vurğulanır.

Azərbaycanın müdafiə naziri Z.Həsənov martın 28-də Türkiyəyə gedib.

Z.Həsənovun səfəri Türkiyə milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti üzrə gerçəkləşıb.

Azərbaycan müdafiə nazirinin Türkiyədə başqa rəsmi görüşləri də gözlənir.

Martın 31-də isə bu ölkənin Giresun şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü planlaşdırılır.

XS
SM
MD
LG