Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 05:37

İlqar Məmmədova kitab verilmir


ReAL Hərəkatının lideri İlqar Məmmədov

REAL hərəkatının sədri İlqar Məmmədova gətirilən kitablar, müdafiəsi üçün zəruri materialların ona verilməsi yasaqlanıb.

Bu haqda siyasətçinin vəkili Fuad Ağayev məlumat yayıb. Müdafiəçi fevralın 3-də İlqar Məmmədovla görüşüb, onun Avropa İnsan Hüquqları Məhkəməsində olan ikinci şikayətilə bağlı məsələləri müzakirə edib.

Buna da bax:​ AŞPA prezidenti: 'İlqar Məmmədov azad edilməlidir'

"Hökumət yanvarın 12-nə kimi Avropa Məhkəməsinin sorğusunu cavablandırmalı idi. Nədənsə, indiyə kimi həmin cavabın nüsxəsini almamışıq. Keçən dəfə də bununla bağlı “qəribə” yubanma oldu", – Fuad Ağayev bildirib.

Vəkil deyir ki, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç İlqar Məmmədova öz kitabını göndərmişdi. REAL lideri də öz növbəsində ona təşəkkür məktubu göndərib: "İlqar Məmmədov bildirdi ki, təşəkkür məktubu yazdıqdan sonra gətirilən kitablar, müdafiəsi üçün zəruri materiallar, başqa çap materiallarının ona verilməsi yasaqlanıb. Mənim özümün ona dəfələrlə gətirdiyim kitab, jurnal və başqa materialları geri qaytarıblar".

Buna da bax: REAL-İran 'xəfiyyə' söhbətinə reaksiyalar

Fuad Ağayev bildirib ki, baş verənlər İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (ifadə azadlığı) maddələri ilə təminat verilən hüquqların pozulmasıdı.

XATIRLATMA

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Buna da bax:​ İran səfirliyi: 'Ərz edəcək sözümüz yoxdur'

Apellyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun dərhal azadlığa buraxılması ilə bağlı qəti qərar çıxarıb. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Buna da bax: İlqar Məmmədov həbsdən yazır

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onun həbsini siyasi motivli sayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG