Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 17:18

AŞPA prezidenti: 'İlqar Məmmədov azad edilməlidir'


ReAL Hərəkatının lideri İlqar Məmmədov

Yanvarın 23-də yenidən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilən Pedro Argamunt həbsdə olan Real hərəkatının lideri İlqar Məmmədovun azad olunmasına çağırıb.

AŞPA prezidenti Azərbaycan hakimiyyətinə müraciət edərək Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı olmasına baxmayaraq, İlqar Məmmədovun hələ də həbsdə saxlandığını xatırladıb. O, İlqar Məmmədovun məsələsini növbəti dəfə Azərbaycan hakimiyyəti qarşısında qaldıracağını da bildirib.

Buna da bax:​ ABŞ-ın BMT-dəki səfirindən İlqar Məmmədova dəstək

AŞPA prezidenti Qarabağ münaqişəsinin həll olunmadığından, AŞPA-nın bu problemin həllinə yardım edə bilməməsindən təəssüfləndiyini də bildirib. P. Agramunt Azərbaycan-Ermənistan cəbhəsində 2016-cı ilin aprel döyüşlərini yada salıb. Baş verənləri təhlükəli hal adlandırıb. O, hesab edib ki, durum indi də istənilən vaxt alovlana bilər.

P.Agramunt son bir ildə Azərbaycanda jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbsdən azad edilməsini alqışlayıb.

XS
SM
MD
LG