Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:05

ABŞ-ın BMT-dəki səfirindən İlqar Məmmədova dəstək


Samantha Power
Samantha Power

ABŞ-ın BMT-dəki səfiri Samantha Power Yeni ildə «İlqar Məmmədova azadlıq!» adlı videomüraciət yayıb.

Videoda deyilir ki, Azərbaycanın müxalif liderlərindən olan İlqar Məmmədov hökumətin nümayişlər və ictimai narazılıqlarla bağlı rəftarını tənqid etdikdən sonra 7 il həbsə məhkum edilib: «Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinin İlqar Məmmədovu həbs etməklə fundamental insan haqlarını pozduğunu müəyyən edib».

Müraciətdə İlqar Məmmədovun həyat yoldaşının bu sözləri əksini tapıb: «Ailəmizdə ənənə var: Hər Yeni ildə yolkanı qızımız və İlqarla birgə bəzəyirik. Artıq neçə ildir qızımız yolkanı bəzəməkdən imtina edir, çünki bunu atasız etmək istəmir».

«Fərdlərin öz inanclarına, siyasi düşüncələrinə və ifadələrinə görə ədalətsiz həbs edilməsinə dözmək olmaz. Məhbus ailələri bilməlidir ki, biz sizləri unutmamışıq. Biz ədalətsiz şəkildə həbs edilmiş bu insanlar azadlığa çıxana qədər onların və digərlərinin başlarına gələnlər barədə danışıb, səsimizi ucaldacağıq», - S.Power öz müraciətində qeyd edir.

XATIRLATMA

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il 20 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bəyan edib.

Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG