Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:46

İran səfirliyi: 'Ərz edəcək sözümüz yoxdur'


İran səfirliyi.
İran səfirliyi.

Baş prokurorun göstərişi ilə REAL Hərəkatının İranla əməkdaşlıq etməsi və bunun əvəzində maliyyə alması ilə bağlı ittihamlar əsasında araşdırmalara başlanıb. Qurum üzvləri prokurorluqda dindirilir.

Bu məsələdə adı hallanan İran səfirliyi isə susmaqdadır. Yanvarın 30-da AzadlıqRadiosu İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ilə danışıb. Səfirliyin mətbuat xidmətindən bildiriblər ki, “hal-hazırda ərz edəcək bir sözlər”i yoxdur, bir məlumat olan kimi rəsmi şəkildə açıqlayacaqlar. “İnşallah, hər şey müəyyənləşəcək”, – deyilib və ardınca saytda yazılanların “əsası olmadığını” əlavə etsələr də, bununla belə səfirliyin vaxtı yetişəndə açıqlama verəcəyini qeyd ediblər.

Buna da bax: REAL-İran 'xəfiyyə' söhbətinə reaksiyalar

REAL üzvləri ilə görüşən şəxsin İran səfirliyinin ikinci katibi Mehdi Arifzadə olduğu bildirilir. AzadlıqRadiosu səfirliyin əməkdaşı ilə danışmağa çalışsa da, bu mümkün olmayıb, bütün suallara mətbuat xidmətinin cavab verə biləcəyini deyiblər.

“İran da oyunun içindədir, Azərbaycan tərəfə kömək edir”

Mehman Əliyev
Mehman Əliyev

“İran səfirliyi susmaqla Azərbaycan hakimiyyətinə kömək edir. İran özü də Azərbaycanda qərbyönümlü opponentlərin susdurulmasında maraqlıdır”. “Turan” İA-nın direktoru Mehman Əliyev səfirliyin sərgilədiyi mövqeni şərh edərkən belə deyir.

– İran səfirliyi də söhbətin nədən getdiyini başa düşür. Buna görə də susmaqla Azərbaycan tərəfinə kömək edir. İran özü də Azərbaycanda qərbyönümlü opponentlərin susdurulmasında maraqlıdır. Ona görə də bu məsələdə o da oynayır. Əks halda, açıqlama verməliydilər, deyilənləri ya təsdiqləməli, ya da təkzib etməliydilər. Etmirlərsə, deməli, Azərbaycan hakimiyyətinin oyununun içindədirlər.

Buna da bax: ReAl-çıları "İran söhbəti"nə görə dindirdilər

– Sizcə, REAL ətrafında baş verənlərin arxasında nə durur?

– İş ondadır ki, REAL-ın sədri İlqar Məmmədovun azadlığa çıxması məsələsi gündəmdədir. Avropa, ABŞ institutları belə çağırışlar edilər, bəzi addımlar atırlar. Buna görə də bu təşkilatın İranla bağlı olması fikri ortaya atılıb. İkincisi, REAL yetərincə fəaldır və mövcud sosial-iqtisadi durumla bağlı təhlillər, çıxışlar edir. Bu da, görünür, hakimiyyəti narahat edir və bu yolla fəallığı məhdudlaşdırmağa çalışırlar. Üçüncüsü, bu, cəmiyyətə təpkidir. Hakimiyyətin opponentlərinə qarşı bu cür addımlar atacağını göstərməklə qorxutmağa çalışırlar. Çünki paralel olaraq, yenə də həbslər aparılır, adam oğurluğu baş verir və s. Cəmiyyəti qorxutmağa çalışırlar. Söhbət vətəndaş cəmiyyətinin fəallarından gedir, xüsusən də son zamanlar prezidentin çıxışlarına, qərarlarına fəal reaksiya verənlərdən. Preventiv addımlar atılır. İran məsələsi də daha çox Qərb üçündür.

Mehman Əliyev: 'İran səfirliyi də söhbətin nədən getdiyini başa düşür'
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00
Direct-ə keçid

Buna da bax: Baş prokurorluq REAL-İran ‘xəfiyyə’ söhbətini araşdırır

– Necə bilirsiniz, REAL-ın İrana “işləməsi” haqda ittihamlarda sonra Avropadan İlqar Məmmədovla bağlı çağırışlara ara veriləcəkmi?

– Bu tip şeylərə Qərbdə qulaq asmayıblar. Bununla bağlı yetərincə açıqlamalar da olub ki, REAL-la bağlı iş qondarmadır. Hətta Nardaranla bağlı işin də qurama olduğu deyilir, onun İran və ya dini məsələ olmadığını hamı başa düşür. Ona görə də hesab edirəm ki, İlqar Məmmədovla bağlı çağırışlar davamlı olacaq. Sadəcə, hakimiyyət bu təzyiqlərin qabağını almaq üçün hər yola əl atır. Başqa bir şey yoxdur.

Dindirmə davam edib

REAL-ın icra katibi Natiq Cəfərlinı yanvarın 30-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

ReAl-çıları "İran söhbəti"nə görə dindirdilər
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

O, Azadlıq Radiosuna deyib ki, ona verilən suallar İranın Azərbaycandakı səfirliyinin katibinin yanvarın 19-da REAL-ın ofisinə gəlməsi, danışıqların məzmunu, bir də pul alıb-almamaqları ilə bağlı olub. O, bir daha bu ittihamların əsası olmadığını deyib, ona yönələn suçlamaları “şər-böhtan” adlandırıb. “Bu, bizə yəni, REAL-a təzyiqlərin davam etməsidir. REAL sədri İlqar Məmmədov həbsdədir, indi də təzyiqlər davam edir”, – Cəfərli bildirib.

Buna da bax: Azərbaycanlıların köməyinə gedən ermənilər

Xatırlatma

Yanvarın 27-də virtualaz.org saytında redaktor Eynulla Fətullayevin imzasıyla “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə yayılıb. Məqalədə REAL üzvlərinin İranın Azərbaycandakı səfirliyinin səlahiyyətli şəxsi ilə görüşdüyü deyilir.

Yazıda iddia olunur ki, görüşdə Hərəkat üzvləri İran səfirliyi və müxalif “milli-demokratlar” arasında vasitəçilik etmək öhdəliyi götürüblər, üstəlik, İrandan ilk maliyyə dəstəyi də alınıb.

“REAL İrana doğru ilk addım atıb və təşkilatın proqram sənədlərində Azərbaycanda islam məsələsi ilə bağlı korrektələr etməyə razılaşıb, habelə öz qapılarını iranyönümlü dini fəallara açmağa hazır olduğunu ifadə edib”, – məqalədə bildirilir.

Elə həmin gün baş prokuror yazıda deyilənlərin araşdırılması üçün göstəriş verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG