Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:42

Azərbaycanlıların köməyinə gedən ermənilər - Yeni kitablar


-

“Qanun” nəşriyyatından yeni kitablar gəldi.

Gənc yazar Kəramət Böyükçölün “Səkkizinci gün” romanı iki-üç milyon illik insan tarixini əhatə edir.

Quşçular kəndinin sakinləri Əvəz və Ülkər qonşu er­məni kəndi Noraguğ sakinləri Qurgen və Siranuşla yaxın dostdular. Ermənilər Quşçulara hücum edib, kən­di yandırdığı zaman Qurgen və Siranuş evlərindən çıxıb Əvəzgilə köməyə gedirlər. Ancaq yaxınlığa düşən mərmi onları uzağa atır. Hadisə nəticəsində dərin bir quyuya düşürlər. Bu, zamanın və yaddaşın quyusudur. Əsərdəki əsas hadisələr bundan sonra başlayır…

“Mexiko – ochenta y seis”

Bu kitabda yazıçı-jurnalist Xalid Kazımlının müxtəlif illərdə yazdığı hekayələr toplanıb. Onlar satirik-yumoristik janrdadır. Həmin hekayələr həyatiliyi ilə seçilir və müəllifin dediyinə görə, hamısı real hadisələr əsasında qələmə alınıb. Kitabdakı “Arabaçı” hekayəsində müəllif gəncliyində atasının hesabına kefcil həyat sürən bir gəncin yaşlı vaxtında həyatın dibinə yuvarlanmasından, öz indiki durumundan xəcalət çəkərək özünü danmasından söz açır.


Arthur Conan Doyle, “Al-qırmızı etüd”

…Boş mənzildə meyit tapılır. Bu, Amerika vətəndaşı İnok Drebberin meyitidir. Məşhur xəfiyyə-məsləhətçi Şerlok Holms öz “həmkarları” polismenlər Lestreyd və Qreqsona nisbətən bu ölüm hadisəsinin səbəbini tez aşkar edir və belə qənaətə gəlir ki, İnok Drebberin ölümünə səbəb – zəhərdir. Meyitin cibindən “C.H. Avropadadır” teleqramı, cinayət baş vermiş yerdə isə nişan üzüyü tapılmışdı. Divarda qanla “RACHE” (almanca “qisas” deməkdir) müraciət həkk olunmuşdu…

Bundan başqa “Qanun” nəşriyyatı İran Azərbaycanının böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasını kitab şəklində çap edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG