Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 00:47

Atəşkəslə bağlı 3 yanvar açıqlaması


Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 38 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Berd rayonundan Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndləri atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, işğal altındakı Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub.

2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Həmin hərbi əməliyyatların aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə dayandırılması ilə bağlı razılıq əldə edilib. Bir ay sonra isə Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə prezidentlərin görüşündən sonra iri hərbi əməliyyatlar dayanıb. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırırlar.

XS
SM
MD
LG