Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 13:59

Aktyor Muxtar Maniyev vəfat edib


Muxtar Maniyev

Aktyor Muxtar Maniyev dekabrın 22-si səhərə yaxın vəfat edib.

Bu barədə APA-ya C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib.

Xalq artisti şəkərli diabetdən əziyyət çəkirdi.

2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

Xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva bildirib ki, M.Maniyev son vaxtlar çox zəifləmişdi: «Səhərə yaxın yuxudan qalxdı, narahat olduğunu dedi, ikicə dəqiqə keçmədi, qəfildən gözlərini yumdu».

Xalq artisti Muxtar Maniyev Qala qəbiristanlığında dəfn olunacaq.

Nəsibə Maniyeva bildirib ki, vida mərasimi bu gün, dekabrın 22-si saat 14:00-da Təzə Pir məscidində keçiriləcək: «Təklif olundu ki, Fəxri Xiyabanda dəfn edilsin, razı olmadıq. Vəsiyyət eləmişdi ki, atasının-anasının yanında torpağa tapşırılsın. Ona görə, Muxtarın vəsiyyətini yerinə yetirib Qala qəbiristanlığında dəfn edəcəyik».

M.Maniyev 1935-ci ildə Bakıda doğulub. O, bir çox Azərbaycan filmlərində yadda qalan rollar oynayıb.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG