Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:23
-
İran yanvarın 22-də Cenevrədə başlanacaq Suriya sülh danışıqlarına kənardan öz töhfəsini verə bilər.

Bunu ABŞ Dövlət Katibi John Kerry bazar günü İsraildə deyib. Onun sözlərinə görə, Vaşinqton Tehranın nazirlər səviyyəsində görüşdə iştirakına qarşıdır, Tehran əvvəlcə gələcək Suriya hökumətinin hakimiyyət və müxalifətin “qarşılıqlı razılığı” ilə formalaşacağını qəbul etməlidir. Ancaq onun sözlərinə görə, Tehran müsbət, qeyri-rəsmi rol oynaya bilər.
Kerry həmçinin iraqlıların Al-Qaeda yaraqlıları ilə mübarizəsinə yardım edəcəyini bildirib, ancaq Vaşinqtonun İraqa əsgər göndərmək fikrində olmadığını söyləyib.
Bundan əvvəl İraqın baş naziri Nuri al-Maliki Anbar vilayətində “bütün terrorçu qrupların” kökünü kəsəcəyini vəd edib. İraqın təhlükəsizlik qüvvələri və sünni tayfa üzvləri mərkəzi Fallujah və Ramadi şəhərlərində Al-Qaeda yaraqlıları ilə savaşı davam etdirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG