52 yaşlı M.Ceyhan Avropa Məhkəməsinə şikayətində Azərbaycanda qanunsuz həbs olunduğunu, haqqındakı həbs qərarının əsaslandırılmadığını vurğulayıb.
Uzun illər ABŞ-nin Alman Marşall Fondunun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimliyə 4 il sınaq müddəti olmaqla, 7 il 6 ay şərti cəza verilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 6-da jurnalist Rauf Mirqədirovun 12 il əvvəl Türkiyədən Azərbaycana deportasiyası və burada dövlətə xəyanət ittihamı ilə həbs olunması barədə qərarını açıqlayıb.
Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq oktyabrın 5-də siyasi məhbus saydığı şəxslərin yenilənmiş siyahısını dərc edib.
Bu ilin sonunadək Ali Məhkəmədə əlilliyin təyinatından verilən şikayətlərə qarşı dövlət agentliyini təmsil etmək üçün büdcədən 130 mindən çox pul ayrılıb. Söhbət vətəndaşların Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qaldırdığı iddialardan gedir.
Məsələ parlamentin sentyabrın 30-da keçirilən ilk plenar iclasında ikinci səsvermədə qəbul edilib.
İndiyədək ayrı-ayrı ABŞ senatorları oxşar çağırışlar səsləndiriblər. Azərbaycan hakimiyyəti bu çağırışlara reaksiya verməyib
Dövlətə xəyanət ittihamıyla iki ildən çoxdur həbsdə olan politoloq Bəhruz Səmədov sentyabrın 25-də Ali Məhkəmədə özünə xəsarət yetirib. O, bu addımını özünə qarşı ədalətsiz davranışla əlaqələndirib.
İlahiyyatçı Abgül Süleymanov 30 sutka inzibatı həbs edilib. Bu barədə onun yaxınları sentyabrın 24-də məlumat yayıblar. Amma onun konkret olaraq nədə günahlandırıldığı açıqlanmır.
Milli Məclisin sentyabrın 21-də keçirilən iclasında deputat Səyyad Aran Səhiyyə Nazirliyinin fəaliyyəti, şəxsən nazir Teymur Musayevin özünün vətəndaşlara qarşı davranışı ilə bağlı tənqidi fikirlər səsləndirib.
Müsəlman Birliyi Hərəkatının sədri, 11 ildir həbsdə olan ilahiyyatçı Taleh Bağırovun yeniyetmə övladları barəsindəki cinayət işinə xitam verilməsi üçün məhkəməyə vəsatət təqdim edilsə də, təmin olunmayıb.
Ay yarımdır ki, "sərhədi qanunsuz keçmə" ittihamı ilə həbsdə olan Mirdilafət Xəlilov hesab edir ki, əslində onu Azərbaycandakı işgəncələr barədə hazırladığı hesabatlara görə cəzalandırırlar.
Davamı