- MÜTLƏQ hiperlinklə istinad verilməlidir. - İcazə olmadan fotolarımızı təkrar dərc etməyin. İstifadə şərtləri ƏTRAFLI BURADA
Saxlandığı 3 saylı Uşaq Evində onlara qarşı pis rəftar, yeyinti halları barədə sosial şəbəkələrdə görüntülər paylaşandan dərhal sonra psixiatriya xəstəxanasına yerləşdirilmiş yeniyetmə Məhəmməd Hacıyev ardından həbs olunubmuş.
Zərdab və Mingəçevirdə bütövlükdə 14 il icra başçısı olmuş Lütvəli Babayev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. O, oğlu Babəli Babazadə ilə bağlı 2 milyon manatlıq dələduzluq işində dindirilib.
Siyasi Menecment İnstitutunun direktoru, 10 aydan çoxdur həbsdə olan politoloq Azər Qasımlının vəkillərinin fikrincə, onun işi üzrə zərərçəkmiş kimi tanınan Qurbanəli Yusifovun istintaqdakı ifadəsi sübutlar siyahısından çıxarılmalıdır.
"Elə vaxt olurdu, çörək almağa pul tapmırdım".
İstanbuldan Bakıya 41 qızıl külçə gətirən Səfər Səfərov və onu Bakıda hava limanında gömrükdənkənar yolla keçirməyə yardımda suçlanan Dövlət Gömrük Komitəsi əməkdaşı Əfsər Mirzəliyevin hər birinə 5 il həbs cəzası verilib.
Sentyabrın 16-da Xətai rayon Məhkəməsində "MeydanTV işi" üzrə həbs olunan bəzi jurnalistlərin həbs müddətləri artırılıb.
"Tamah niyyətiylə qabaqcadan əlbir olan mütəşəkkil cinayətkar dəstə biz deyilik, bizim həbsimizin siyasi sifarişini verənlərdir".
İşadamı Adnan Əhmədzadənin həbs xəbəri yayılıb.
Müdafiə nazirinin keçmiş müavini – nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olmuş mərhum general Fuad Məmmədov 15 milyon manata yaxın yeyintidə təqsirli sayılıb və ailə üzvlərinə məxsus əmlakların müsadirəsinə qərar verilib.
F.Cəfərli məhkəmədə ifadə verərkən, ona qarşı baş verənləri bir sifarişin nəticəsi sayıb: "Arxasında dayanan da Vəkillər Kollegiyasının sədri Anar Bağırovdur".
Lənkəran rayonunun kəndlərindən birində 13 yaşlı qızının qaçırılması haqda polisə şikayət edən ata-ananın özünü cəzalandırıblar.
M.Mirzəli özünü təqsirli bilmir. O, Azərbaycan hökumətini tənqid etdiyinə görə təqib olunduğuna diqqət çəkir.
"Kim hansı pis işi görürsə, haqq qazandırmaqdan ötrü deyir ki, balam var...".
Prosesdə bu iş üzrə təqsirləndirilən xanımlar aksiya keçiriblər.
II qrup əlil Vasif Ağayevə tələb etdiyindən 10 dəfə az kompensasiya kəsilib.
Dövlətə xəyanət ittihamıyla 15 il həbs cəzasına məhkum edilmiş politoloq Bəhruz Səmədov haqqında Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökm qüvvədə saxlanıb.
"Müdafiə Xətti" insan haqlarını müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov 9 aydan çoxdur həbsdədir.
"SOCAR-AQŞ" MMC-nin keçmiş baş direktoru, 54 milyon manatlıq yeyintidə suçlanan Ramin İsayevə 14 il həbs cəzası kəsilib. Bu iş üzrə bir ildən çoxdur Bakı Ağır Cinayətlər Məhkəməsində gedən araşdırmalar sentyabrın 8-də yekunlaşıb.
Sentyabrın 5-də Azərbaycan və Ermənistan rəsmilərinin bir-birlərinin ərazisinə qarşılıqlı səfərləri olub.
"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdə olan yeddi jurnalist, o cümlədən AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadə onlar haqqında çıxarılmış hökmdən apellyasiya şikayəti versə də, ədalətli nəticə gözləmirlər.
Davamı