Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 03:46

Fəxri xiyaban ətrafında hərəkət məhdudlaşdırılır


Arxiv fotosu

Sabah, dekabrın 12-si Parlament prospekti, onunla kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Məhdudiyyət keçmiş prezident Heydər Əliyevin anım mərasimin keçirilməsi ilə əlaqədardır.

Bunu Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası səhər saat 07:00-dan tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Buna da bax: «Azərbaycan xalqına böyük itki üz vermişdir…»

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi də avtomobil sahibləri və sürücülərə müraciət edib. Onlardan xahiş olunur ki, Parlament prospekti və onunla kəsişən digər yollar üzrə hərəkət etmək niyyətində olanlar əvvəlcədən planlaşdırılan alternativ yollardan istifadə etsinlər.

Alternativ kimi Mətbuat prospekti ilə birləşən III Kənar Dairəvi və başqa yollar göstərilir.

Buna da bax: İlham Əliyevin hakimiyyətə gəlişi

Xatırlatma

Hər il dekabrın 12-si Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatının ildönümü qeyd olunur.

H.Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində doğulub.

1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işləyib.

Bu sistemdə H.Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən isə sədri vəzifəsində çalışıb. General-mayor rütbəsinə qədər yüksəlib.

1969-cu il iyul plenumunda H.Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Buna da bax: Zəncirlənmiş ədalət

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən H.Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

H.Əliyev 1987-ci ilin oktyabrında vəzifəsindən azad edilib və 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Bakıya qayıdıb. O, 1991-ci ilin iyulunda Kommunist Partiyasının sıralarını tərk edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sədri seçilib.

O, 1993-cü ilin may-iyun aylarında baş verən siyasi və hərbi gərginliklər fonunda Azərbaycanda hakimiyyətə gəlib. Onu prezident Əbülfəz Elçibəy iyunun 4-ü Gəncədə bir hərbi hissənin hökumətə itaətsizliyindən sonra Bakıya dəvət edib. İyunun 15-də Ali Sovetin sədri seçilən Heydər Əliyev Əbülfəz Elçibəyin Bakını tərk edib doğulduğu Naxçıvana getməsi ilə prezident səlahiyyətini icra edib. Hökumətə itaətsizlik göstərən polkovnik Sürət Hüseynov isə Heydər Əliyevin təqdimatı ilə baş nazir olub.

1993-cü il oktyabrın 3-də Heydər Əliyev prezident seçilib.

Onun 2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend klinikasında vəfat etdiyi bildirilir. O, ölümündən əvvəl xəstəxanadaca oğlu İlham Əliyevi baş nazir təyin edib. Həmin ilin oktyabrında İlham Əliyev prezident seçilib. Hazırda da hakimiyyətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG