-
Heydər Əliyev Muzeyinin xatirə dəftərindən
Azərbaycan xalqına böyük itki üz vermişdir. Xalqımızın ümummilli lideri, bütün türk dünyasının, dünya azərbaycanlılarının tanınmış rəhbəri Heydər Əliyev vəfat etmişdir.
Ulu öndər Heydər Əliyevin vəfatı onu uzun müddətdən bəri tanıyan və onun rəhbərliyi altında işləyən adam kimi məni daha çox kədərləndirdi və sarsıtdı.
Lakin bu ağır dərd bizi sarsıtsa da, müstəqil və demokratik Azərbaycanı və Naxçıvan Muxtar Respublikasını gələcəkdə Heydər Əliyevin istədiyi kimi inkişaf etdirmək üçün biz başımızı dik tutmağı bacarmalıyıq.
Azərbaycan xalqı bir nəfər kimi Heydər Əliyev məktəbi keçmiş Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli, bütün işlərdə ona arxa və kömək olmalıdır.
Bu ağır dəqiqələrdə xalqımın dərdinə şərik oluram. Xalqımın bütün təbəqələrini milli birliyə çağırıram.
Səkinə ƏLİYEVA
Prezident təqaüdçüsü
Naxçıvan şəhəri, 17 dekabr 2003-cü il
Yeni yaşayış binasının tikintisi davam etdirilir
Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər geniş vüsət alan tikinti-quruculuq işlərinin tərkib hissəsidir. Naxçıvan şəhərinin Atatürk küçəsində inşası davam etdirilən 9 nömrəli yaşayış binasının tikintisi bu tədbirlərin davamıdır. Zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olacaq binada tikinti işlərinə bu ilin fevral ayından başlanılıb. İş icraçısı Kamal Cəfərovdan aldığımız məlumata görə, 54 mənzildən ibarət olacaq binada, əsasən, üç və dörd¬otaqlı mənzillər yerləşəcək. Hazırda binanın ilk 4 mərtəbəsində arakəsmələr hörülüb, sonuncu mərtəbədə isə qəlib-beton işləri aparılır. «Gəmiqaya» Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılan tikinti işlərində, əsasən, yerli tikinti materiallarından istifadə olunur. Tikintidə təhlükəsizlik qaydalarına ciddi əməl edilir. İnşaatçılar işin keyfiyyətlə və vaxtında başa çatdırılması üçün əllərindən gələni əsirgəmirlər.
«Şərq Qapısı» - 05.12.2013