Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:07

Ekspert: ‘İlk illər 700 bal toplamaq mümkün olmayacaq’


Bakıda test üsulu ilə qəbul imtahanı. 14 iyul 2017
Bakıda test üsulu ilə qəbul imtahanı. 14 iyul 2017

“Ali məktəblərə qəbul imtahanlarında dəyişikliklərin tətbiq ediləcəyi ilk illərdə maksimum nəticə – 700 bal toplamaq və ya ümumilikdə yaxşı nəticə göstərmək mümkün olmayacaq”.

Ali məktəblərə qəbul imtahanında dəyişiklik “gözlənilən”, hətta “labüd” idi. Azərbaycanda təhsil üzrə ekspertlərin əksəriyyəti Dövlət İmtahan Mərkəzinin (DİM) iki il sonra tətbiq edəcəyi dəyişikliklərə belə yanaşırlar.

Buna da bax:​ Qəbul imtahanlarında az bal toplamağın səbəbləri

Keçmiş təhsil naziri Firudin Cəlilovun qənaətincə, qəbul imtahanlarına hazırlıq bəzən şagirdlərin dərslərdən yayınmasına, ümumi fənlərdən geriləməsinə, özəlliklə də onların yazı, nitq qabiliyyətinin zəifləməsinə səbəb olur. “Biz testi gətirəndə düşünürdük ki, bu sistem oturuşduqdan bir neçə il sonra müəyyən islahatlar aparılmalıdır”, – Cəlilov əlavə edir.

Firudin Cəlilov: “Gecikmiş addımdır, amma...”

Professor Firudin Cəlilov
Professor Firudin Cəlilov

O, DİM-in qərarını “gecikmiş” saysa da, onu “irəli atılmış addım” kimi dəstəkləyir. “Qəbul imtahanı bir növ iki yerə bölünməlidir. Heç olmasa, yarısı orta məktəbin öhdəsinə düşməlidir. O baxımdan, orta məktəblərdə buraxılış imtahanlarına önəm verilməlidir. Bu da orta məktəbdə o biri fənlərin düzəlməsinə, yaxşı oxunmasına məcbur edəcək. Buraxılış imtahanına dəyər verilməlidir ki, şagirdlər buna yaxşı hazırlaşsınlar. Yoxsa qəbul imtahanlarında 3-4 fəndən hazırlaşırlar, başqa fənlər yaddan çıxır. Türkiyədə də buraxılış imtahanlarına önəm verməyə başlayıblar, gələn ildən orda da buraxılış imtahanının balları qəbulda nəzərə alınacaq”.

Buna da bax: Qəbulda yeni modelə ekspert baxışları ...

Firudin Cəlilov: “Qəbul imtahanı bir növ iki yerə bölünməlidir. Heç olmasa, yarısı orta məktəbin öhdəsinə düşməlidir"
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00
Direct-ə keçid

Təhsil eksperti Nabatəli Qulamoğlu deyir ki, ali məktəbə daxil olarkən qəbul imtahanları ilə yanaşı buraxılış imtahanlarının nəticələrinin də nəzərə alınması, yəni “hər iki imtahanın nəticəsini toplayaraq bal sistemi yaratmaq müəyyən qədər rasional yanaşma”dır. Onun qənaətincə, buraxılış imtahanları şagirdlərin “ümumi qabiliyyətini” yoxlamağa imkana yaradacaqsa, qəbul imtahanları “spesifik sahə üzrə – ixtisas üzrə” qabiliyyətini ortaya qoyacaq.

Kamran Əsədov: "25 ildir qəbul imtahanlarında istifadə edilən qaydalar...”

Təhsil üzrə ekspert Kamran Əsədov da bu fikirdədir ki, 25 ildir qəbul imtahanlarında istifadə edilən qaydalar artıq “tələbləri ödəmir”, hətta maksimum bal toplayan abituriyentlərin danışıq, nitq qabiliyyəti, yazı vərdişləri olduqca aşağı səviyyədədir.

Buna da bax:​ Vurğun Əyyub: ‘Geniş açıqlama Məleykə Abbaszadənin borcudur’

Kamran Əsədov
Kamran Əsədov

Amma ekspert bunu da deyir ki, ali məktəblərə qəbul imtahanlarında dəyişikliklərin tətbiq ediləcəyi ilk illərdə maksimum nəticə – 700 bal toplamaq və ya ümumilikdə yaxşı nəticə göstərmək mümkün olmayacaq. Səbəbini isə belə izah edir:

“2008-2009-cu tədris ilindən orta məktəblərimizdə tədrisi kurikulum standartları ilə qurmağa başladılar. Həmin vaxt məktəbə gedən şagirdlərimiz 2017-ci ilin martında yeni üsuldan istifadə edərək buraxılış imtahanları verdilər və nəticələr olduqca aşağı səviyyədə idi. İmtahanda iştirak edənlərin 70 faizə yaxını heç bir suala cavab verə bilməyib “iki” almışdı. Bu o deməkdir ki, iki il sonra ali məktəbə imtahan verəcək həmin şagirdlərdən yüksək nəticə gözləyə bilmərik”.

Buna da bax:​ İmtahan qaydaları 2 ilə dəyişdirilir? [video]

Kamran Əsədov: "25 ildir qəbul imtahanlarında istifadə edilən qaydalar artıq “tələbləri ödəmir”
Gözlə

No media source currently available

0:00 0:04:58 0:00
Direct-ə keçid

Nabatəli Qulamoğlu: “... şagirdlərimizin səviyyəsi də həddindən aşağıdır”

Şagirdlərin nəticələri qənaətbəxş olmadığı halda yeni qəbul imtahanları modelinə keçid, açıq suallardan istifadə nə qədər uyğundur? Başqa bir təhsil eksperti Nabatəli Qulamoğlu cavab verir ki, “belə qorxular” bu yolla getməməyə, “beynəlxalq səviyyədə” qəbul edilmiş normalardan imtinaya əsas vermir.

Nabatəli Qulamoğlu
Nabatəli Qulamoğlu

Ekspert 2017-ci ildə keçirilən buraxılış imtahanlarında və nəticələrin yoxlanılmasında iştirak etdiyini, ancaq sonuclardan 70-80 faiz narazı qaldığını deyir.

Buna da bax:​ "Orta məktəblərin verdiyi təhsil bəs eləmir"

Nabatəli Qulamoğlu: "Düzdür, bunu onunla izah etmək olar ki, şagirdlərimizin səviyyəsi də həddindən aşağıdır..."
Gözlə

No media source currently available

0:00 0:04:59 0:00
Direct-ə keçid

“Yazı işlərinin yoxlama bloklarına baxmışam. Məsələn, onun imkanlarından, beynəlxalq təcrübədən yetərincə istifadə edə bilməyiblər. Düzdür, bunu onunla izah etmək olar ki, şagirdlərimizin səviyyəsi də həddindən aşağıdır. Amma bütün bu qorxular bizə əsas vermir ki, bu yolla getməyək, bu təcrübəni sınaqdan keçirməyək. Bu, davam etdikcə təkmilləşəcək. Təxminən 5-10 ildən sonra bizim monitorinqlərdə bu qədər iradlar tutulmayacaq. Səhvlər minimuma enəcək. Şagirdlərimizin səviyyəsi buna hazır olmasa da, hətta 10 faizin səviyyəsi uyğundursa belə, bundan qaçmamalıyıq”, – təhsil eksperti qeyd edir.

“Müəllimlərin hazırlığında müəyyən problemlər var”

Kamran Əsədovsa şagirdlərlə yanaşı müəllimlərin hazırlığında “müəyyən problemlər olduğunu” söyləyir: “4500-dən yuxarı orta məktəbdə çalışan 151 minə yaxın müəllimin heç də hamısı kurikulum standartlarını dərindən, tam mənimsəməyiblər. Onlar gündəlik tədrisi bu standartlarla qurmurlar. Hətta bəziləri bu yeniliyi mənfi qarşılayırlar”.

Buna da bax:​ Test sistemi ləğv edilirmi?

Kamran Əsədovun qənaətincə, 2019-cu ildə buraxılış və qəbul imtahanlarından sonra məktəblərlə bağlı narazılıqlar daha açıq şəkildə ortaya çıxacaq.

Və sonda... “Azərbaycan dili sıxışdırılmamalı idi”

Nabatəli Qulamoğlunun yeni qaydalarla bağlı razılaşmadığı bircə məqam var, ali məktəblərə qəbul imtahanlarında Azərbaycan dilinin “sıxışdırılması”, bu fəndən imtahanın ləğvi. O, hər bir mütəxəssisin – bioloqun, riyaziyyatçının, hüquqşünasın öz ana dilini yaxşı bilməli olduğunu və gələcəkdə çalışdığı sahədə dildən yararlanacağını bildirir:

“Hər bir sahənin mütəxəssisi ana dilini bilməlidir. Ana dili fikrini ifadə etmək üçün vasitədir. Hər bir abituriyentdən bu vasitəyə sahib olmasını tələb etməliyik. Qəbul imtahanında dilin sıxışdırılması ilə razı deyiləm”.

Buna da bax:​ Məleykə Abbaszadə yeni imtahan modelindən danışıb

XATIRLATMA

Sentyabrın 29-da Dövlət İmtahan Mərkəzi buraxılış və qəbul imtahanları ilə bağlı yeni modelini açıqlayıb. Onun tətbiqinə 2019-cu ildən başlanacaq.

Ali təhsil müəssisələrinə qəbul imtahanı yenə 5 ixtisas qrupu üzrə aparılacaq. Abituriyentlər 1, 2, 3, 4 və 5-ci qrupa aid ixtisaslara qəbul olmaqdan ötrü 3 fəndən (hazırda 5 fəndəndir) imtahan verəcəklər.

1-4-cü qrupa qəbul olmaq istəyənlərin müsabiqəsi zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələr də nəzərə alınacaq. Həmin nəticələr qəbul imtahanından toplanılan balın üzərinə əlavə ediləcək.

1-ci qrup riyaziyyat, fizika, kimya, 2-ci qrup riyaziyyat, coğrafiya, tarix, 3-cü qrup Azərbaycan dili, tarix və ədəbiyyat fənlərindən imtahan verəcək. 4-cü qrup isə kimya, biologiya və fizika fənlərindən imtahan verməli olacaq.

Buna da bax:​ Buraxılış və qəbul imtahanları birləşdirilə bilər, amma...

5-ci qrup (xüsusi qabiliyyət tələb edən ixtisaslar) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. Abituriyentlər burda əlavə olaraq qabiliyyət imtahanı da verməli olacaqlar. https://www.azadliq.org/a/28764892.html

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG