Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 19:49

İmtahan qaydaları 2 ilə dəyişdirilir? [video]


Test imtahanı ləğv olunurmu?
Gözlə

No media source currently available

0:00 0:15:04 0:00

Test imtahanı ləğv olunurmu? [A-Live]

Azərbaycanda orta məktəblərdə buraxılış və ali məktəbə qəbul imtahanlarının qaydaları iki il sonra dəyişəcək.

Dövlət İmtahan Mərkəzinin direktoru Məleykə Abbaszadə avqustun 22-də, “Asanradio”ya müsahibəsində deyib ki, şagirdlər ənənəvi test suallarından başqa yeni növ qiymətləndirmə üsulları ilə də imtahan ediləcəklər – esselər, açıq suallar və s.

Yeni formatın necə olacağı sentyabrda açıqlanacaq.

Buna da bax:​ Buraxılış və qəbul imtahanları birləşdirilə bilər, amma...

Belə narahatlıqlar var ki, qəbul formasının dəyişdirilməsi, Sovet vaxtında olduğu kimi, qəbula, rüşvəti, qohumbazlığı qaytara bilər.

Məsələn, tarixçi alim Altay Göyüşov öz “Facebook” hesabında yazır ki, test üsulunun ləğvinin yalnız bircə məqsədi var, qəbulda rüşvətin bərpası:

Altay Göyüşov, tarixçi-alim
Altay Göyüşov, tarixçi-alim

"Bütün dünyada hətta təhsil haqlarının belə ləğv edilməsi tendensiyası gedir, bunlar isə qəbulda rüşvəti bərpa edirlər".

Buna da bax:​ Qəbulda keçmişə qayıdış?

Altay Göyüşov yazır ki, ali məktəblərdə əsas problem keyfiyyətsiz təhsildir, qəbul üsulu deyil.

“Azad Müəllimlər Birliyi”nin sədri Məlahət Mürşüdlü deyir ki, o, test üsulunun ləğv olunacağına inanmır. O, hökumətin qərarını gözləməyi məsləhət görür.

Məlahət Mürşüdlü
Məlahət Mürşüdlü

Məlahət Mürşüdlü deyir ki, 10 ildir ki, orta məktəblərdə dərslər kurikulum sistemi ilə keçirilir və bu sistemi ali məktəblərə qəbula tətbiq etməyin vaxtı gəlib çatıb. Onun sözlərinə görə, hazırkı test sistemi şagirdin yalnız biliyini qiymətləndirə bilir, bu isə azdır:

Buna da bax:​ "Orta məktəblərin verdiyi təhsil bəs eləmir"

“Dövr, zaman bizdən təkcə biliyə malik insanın yetişdirilməsini yox, eyni zamanda cəmiyyətə sosial adaptasiya olmaq bacarığına malik olub-olmamasını qiymətləndirməyi tələb edir. Əvvəllər yalnız şagirdin biliyini qiymətləndirirdiksə, indi həm də şagirdin bu biliyi, potensialını realizə etmək bacarığını qiymətləndirməyə ehtiyac var. Bu bacarığın qiymətləndirilməsi vacib bir tərəf kimi irəli çıxır. Bax bu deməkdir kurikulum”.

Bəs bu bacarıqların qiymətləndirilməsi təcrübəsi Azərbaycan müəllimlərində varmı?

Məlahət Mürşüdlü deyir ki, demək olmaz ki, təhsil sistemi bu sahədə yetərincə təcrübə yığıb, amma çəkilib kənarda da durmaq olmaz, qarşıda iki il var, qiymətləndirmə mexanizmi üzərində işləmək lazımdır.

Buna da bax:​ 'Təmayül siniflər repetitorluğu aradan qaldırmayacaq'

Müxalif ReAl Hərəkatından Natiq Cəfərli avqustun 24-də öz Facebook hesabında yazıb ki, təhsil sistemi bir tək iqtidarın məsələsi deyil, milli məsələdir, ciddi, hərtərəfli ictimai dinləmələr keçirilməli, mütəxəssislərin iştirakı ilə müzakirələr təşkil edilməlidir.

Qəbul sistemində nə dəyişsin? Müzakirəyə Bakı sakinlərini də qatmışıq:

Qəbul imtahanında nə dəyişsin?
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

Bəs dünyada hansı uğurlu qəbul sistemləri var?

26 il əvvəl, indiki test sisteminin əsası qoyulanda təhsil naziri olmuş Firudun Cəlilov deyir ki, sistemi gətirəndə məqsəd onu elə müvəqqəti etmək idi.

"Plan, daha sonra qəbul imtahanını ümumiyyətlə ləğv etmək, ali məktəbə qəbulu asanlaşdırmaq, orda təhsil almağı daha rəqabətli etmək idi".

Firudun Cəlilov deyir ki, hökumət dəyişikliyi elə etməlidir ki, qəbul prosesindəki ədalət prinsipinə xələl gəlməsin.

Buna da bax:​ Test sistemi əvəzinə Rusiya qəbul sistemi?

Firudun Cəlilov
Firudun Cəlilov

ABŞ-ın “Harvard” Universitetinin məzunu, həm də xaricə tələbə göndərən “HCC” şirkətinin direktoru Bəxtiyar Hacıyev Qərbdə uğurlu təhsil təcrübələrindən danışarkən deyir ki, bu ölkələrdə biliyi qiymətləndirərkən standartlaşdırılmış test imtahanlarından - IELTS, GMAT, SAT, TOEFL kimi imtahanlardan istifadə olunur. Bundan başqa esse, müsahibə kimi vasitələrdən istifadə edirlər. Amma o, bütün bunların Azərbaycanda tətbiqinin uğurlu olacağına şübhəylə yanaşır:

“Bu günə qədər standart, obyektiv bir test imtahanı keçirilirdi. Burda namizədin iqtisadi, ailə vəziyyətinin, hansı nəsildən olmasının, kimə yaxın olmasının o qədər də əhəmiyyəti olmurdu. İmtahanlar obyektiv şəkildə qiymətləndirirdi və qəbul aparılırdı. Nə vaxt ki, bura inşalar olacaq, bu zaman korrupsiya üçün qapı açılacaq”.

Buna da bax:​ Xaricdə təhsil dövlət proqramı: bakalavr olsun, olmasın?

Azərbaycan hökumətinin korrupsiya reytinqi aşağıdır - 167 ölkə arasında 119-cu yerdədir. başqa sözlə korrupsiya geniş yayılıb. Hökumət isə bununla razılaşmır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG