Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:23

Qəbulda keçmişə qayıdış?


Qanun dəyişir- tələbə olmağın testdən kənar yolu
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Qanun dəyişir- tələbə olmağın testdən kənar yolu

Ölkə parlamenti iyunun 13-də «Təhsil haqqında» Qanuna dəyişikliklər edib.

Dəyişikliklər «Təhsil haqqında» Qanunun 26-ci maddəsi ilə bağlıdır. Həmin maddə «Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları» adlanır.

Qanunun 26.5-ci maddəsi indiyədək yalnız dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq imkanı verirdi. Dəyişikliklər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq hüququ olan şəxslərin dairəsini genişləndirir.

Dəyişikliyə əsasən, qanuna 26.5-1 maddəsi əlavə ediləcək. Həmin maddəyə görə, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.

Deputatlar dəyişiklikləri ali təhsil müəssisələrində və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik hazırlıq qruplarının təşkili ilə izah ediblər.

Dəyişiklik təklifi qəbul edilib.

Ekspertlər isə qanuna dəyişikliyin mahiyyətini sadə dildə başqa cür izah edirlər. Onlar deyirlər ki, məsələn, keçid balı 500 olan tibb universitetinin müalicə işi fakültəsinə 350 bal toplayan abituriyent qəbul ola bilmir. O, universitetin nəzdindəki hazırlıq kurslarında bir il oxuyub, buraxılış imtahanı verir. İmtahandan keçsə, həmin fakültənin tələbəsi olmaq hüququ qazanır.

Bəzi ekspertlərə görə, bununla da testdən kənar qəbula yol açılır.

Azərbaycanda ali məktəblərə test üsulu ilə qəbul 1992-ci ildə başlanıb. Həmin illərdə təhsil naziri olan Firudin Cəlilov deyir ki, test üsulu ali məktəblərə qəbulda rüşvət, tapşırıq kimi bir çox halların qarşısını ala bildi. Bu baxımdan o, hazırlıq kurslarına qəbulu «keçmişə qayıdış» kimi dəyərləndirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG