Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:41

"Orta məktəblərin verdiyi təhsil bəs eləmir"


Bakıda "Son zəng"
Bakıda "Son zəng"

İyunun 14-də Azərbaycanda 2015/2016-cı dərs ili başa çatdı. "Son zəng" idi.

Bu il ümumtəhsil müəssisələrinin IX siniflərini 110 min 222, XI siniflərini isə 88 min 591 şagird bitirir.

Növbəti dərs ilində isə orta məktəblərin I siniflərinə 164 min 33 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Orta məktəblərin verdiyi bu təhsillə ali məktəbə qəbul olmaq olarmı?

Harvard universitetinin məzunu Bəxtiyar Hacıyev deyir ki, orta məktəblərdə verilən təhsil ali məktəblərə qəbul olmaq üçün kifayət deyil:

“Ali məktəblərdə də təhsilin səviyyəsinin aşağı olduğunu nəzərə alsaq demək olar ki, indiki dövrdə Azərbaycan təhsili dünya miqyasında kifayət qədər geridə qalır. Son dövrə qədər PİSA imtahanı var idi və həmin imtahanda Azərbaycan həmişə 65 ölkə arasında sonuncu sırada dayanırdı. Bu onu göstərirdi ki, orta məktəblərdə təhsil kifayət qədər aşağı səviyyədədir. Ali məktəblərə qəbul imtahanlarında isə abituriyentlərin qəbul olunması hər il keçid ballarının aşağı salınması hesabına baş verir. Bu da təhsilin aşağı olmasının göstəricisidir.

Birincisi qəbul balı aşağı salınır, ikinci də test imtahanı heç bir halda bilik göstəricisi ola bilməz. Yəni bir çox abituriyentlər sadəcə olaraq test bankından sualların cavablarını əzbərləyirlər. Nəticədə qəbul imtahanından minimal və yaxud da keçid üçün kifayət qədər bal toplayıb ali məktəbə qəbul olunurlar. Amma bu onların heç də analitik bacarıqlarını, rəqəmlərlə, data ilə işləmə bacarığını göstərmir.”

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü də hesab edir ki, orta məktəblərdə verilən təhsillə ali məktəblərə qəbul olunmaq qeyri-mümkündür:

“İnformasiya bolluğu əsridir. Proqramlar dəyişir. Hələ yuxarı siniflərdə, 9-10-11-ci siniflərdə kurikulum üzrə bizim nə proqram, nə də dərsliklər işlənib hazırlanıb. Bu baxımdan, eyni zamanda dərsliklərin və proqramların yüklü olması, bundan başqa əksər orta məktəblərdə təlimin keyfiyyətinin aşağı səviyyədə olması səbəbindən həmin təhsillə ali məktəbə qəbul olmaq qeyri mümkündür. Bunun üçün də şagirdlərimiz dərsdən əlavə məşğələlərə getmək məcburiyyətində qalırlar. Bunun da zaman-zaman qarşısını almaq istəyirlər. Bu da qeyri mümkündür.”

Digər ekspert Nabatəli Qulamoğlu isə bildirir ki, orta məktəblərdə təhsilin səviyyəsinin necə olmasını qəbul imtahanlarının nəticəsində aydın görmək olur:

“Azərbaycanda orta təhsilin səviyyəsini müəyyən edən barometr, ölçü vahidi var. Bu da Tələbə Qəbulu üzrə Dövlət komissiyasının keçirdiyi qəbul imtahanlarıdır. Elə bu yaxınlarda, may ayında 2 dəfə qəbul imtahanı keçirilib. Elə bu son qəbul imtahanları göstərdi ki, imtahan verən abituriyentlərin 86 faizi 2 alıb.

Ötən il də, ondan əvvəlki illərdə də, qəbul imtahanı verən abituriyentlərin təqribən 25- 26 faizi keçid balını keçə bilmir. Ümumiyyətlə qiymətləndirmədə ölçü vahidi düzgün götürülmür. Adətən 200 bal keçid bal hesab olunur. Halbuki əgər 700 bal əla qiymətdirsə, 350 baldan aşağı toplamaq 2 qiymət deməkdir. Qaldı ki, bu ilki səviyyəyə, o da keçən ilki səviyyələrdən heç də fərqlənmir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG