Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:48

İŞİD yandırılan türk əsgərlərinin videosunu yayıb


Türkiyə ordusu Suriyada

«İslam Dövləti» (İŞİD) terror qruplaşması iki türk əsgərinin yandırıldığını göstərən video yayıb. Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD-lə döyüşür. Bir az əvvəl həmin ərazilərdə iki əsgərin itkin düşməsi barədə rəsmi xəbər yayılmışdı, İŞİD-in məhz həmin əsgərləri edam edib-etmədiyi bəlli deyil.

Videoda türk əsgərlərinin diri-diri yandırıldığı göstərilir. Görüntülər yayımlanandan sonra Türkiyədə sosial media saytları bağlanıb.

Türkiyə Suriyada əməliyyatlara avqustda başlayıb. Ankara o vaxtdan bəri mindən çox ekstremistin öldürüldüyünü, 37 türk əsgərinin həlak olduğunu deyir. Hazırda Türkiyə İŞİD-in əlində olan əl-Bab şəhərini təmizləməyə çalışır.

İnsan haqları təşkilatları Türkiyə Silahlı Qüvvələrinin əl-Baba endirdiyi son hava zərbələri nəticəsində 24 sakinin öldüyünü deyirlər.

XS
SM
MD
LG