Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:49

Məleykə Abbaszadə yeni imtahan modelindən danışıb


Məleykə Abbaszadə

“Azərbaycanda 2 ildən sonra tətbiq ediləcək yeni növ qəbul imtahanlarında açıq tipli test suallarının sayı indikindən çox olacaq”.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə belə deyib.

Trend-in xəbərinə görə, M.Abbaszadə imtahanlarda suallarla yanaşı, müxtəlif növ tapşırıqların, yazı işlərinin də tətbiq ediləcəyini bildirib.

Buna da bax:​ Buraxılış və qəbul imtahanları birləşdirilə bilər, amma...

“İki ildən sonra buraxılış imtahanları verən XI sinif məzunları yeni növ imtahanlarında iştirak edəcək. Buraxılış imtahanları 3 fəndən - ana dili, riyaziyyat və xarici dildən olacaq. Bununla bağlı dünya təcrübəsi öyrənilir”, – deyən M.Abbaszadə qeyd edib ki, son 20 il ərzində kütləvi imtahanlarda yalnız qapalı test istifadə edilirdi.

“Yeni imtahanlarda açıq sualların sayı daha da çox olacaq. Bu suallarla yanaşı imtahanlarda təkcə açıq tipli suallar yox, müxtəlif yazı işləri, müxtəlif növ tapşırıqlar da tətbiq ediləcək. Amma bunu tətbiq edəndə Azərbaycanın reallığını, bunun mümkünlüyünü və praktik olaraq imtahanın təhlükəsizliyinin necə qorumaq lazım olduğunu düşünməliyik. Yeni tip tapşırıqların tətbiqi ölkədə təhsil sistemində kurikulum sisteminə keçid, yeni standartların tətbiqi ilə əlaqədardır. Buna əsasən imtahanlar da yeni tapşırıqlara, yeni sistemə əsasən aparılacaq”.

Buna da bax:​ Qəbulda yeni modelə ekspert baxışları ...

M.Abbaszadə 2 ildən sonra ali məktəblərə qəbul imtahanlarının 2 hissədən ibarət olacağını bildirib.

“Birinci mərhələdə buraxılış imtahanında aparılan qiymətləndirmə nəticəsində şagirdlərin topladığı ballar, ikinci mərhələdə olan fənlərin üzərinə əlavə ediləcək. Qəbul birinci və ikinci hissənin ümumi nəticələrinə əsasən aparılacaq”.

M.Abbaszadə qəbul imtahanları ilə bağlı tam modelin hazır olduğunu, DİM-in Direktorlar Şurasının sentyabrın 29-da keçiriləcək iclasında yekun razılıq əldə olunandan sonra ictimaiyyətə təqdim ediləcəyini qeyd edib.

Buna da bax:​ Nazir müavini: 'Test imtahanları ləğv edilmir'

Xatırlatma

Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelini ilkin olaraq razılaşdırıblar.Bu haqda Dövlət İmtahan Mərkəzinin (DİM) sentyabrın 21-də yaydığı məlumatda bildirilirdi.O, vaxt ilkin olaraq bildirilmişdi ki, yeni modelə əsasən 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi 3 fənn üzrə keçiriləcək. Ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı isə 5-dən 3-ə endiriləcək.

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri isə ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq.

Abituriyentlər buraxılış və qəbul imtahanlarının birgə nəticəsinə əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Buna da bax:​ Yeni imtahan modeli açıqlanır

Yeni qəbul modelində hazırda olduğu kimi, ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinə müsabiqə buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.

Azərbaycanda 1992-ci ildən qəbulda test üsuluna keçilib.

Mərhum prezident Əbülfəz Elçibəyin səyi ilə tətbiq edilən bu sistemin qəbulda rüşvətxorluğa ağır zərbə olduğu bildirilir. Bəzi ekspertlər yeni modelin yenidən rüşvətə yol açacağından narahatdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG