Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 06:25

Nazir müavini: 'Test imtahanları ləğv edilmir'


İmtahan

Təhsil Nazirliyinin rəsmisi Azərbaycanda test imtahanlarının ləğvi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü Ceyhun Bayramov deyib ki, söhbət test imtahanlarının ləğvindən getmir:

«Söhbət bizim gördüyümüz və bildiyimiz qaydada test imtahanlarının təkmilləşdirilməsindən gedir. Artıq faktiki olaraq bu proses başlayıb. Bu il IX siniflərdə orta təhsil səviyyəsində buraxılış sinfində həyata keçirilən imtahanlara nəzər salsaq, bunun fərqli bir formatda olduğunu görürük. Həmin imtahanlar iki mərhələdən ibarət olub. IX sinfin buraxılış imtahanlarının ilkin mərhələsi mart ayında, ikinci mərhələ iyun ayında keçirilib. Həmin mərhələlərin qiymətləndirilməsində müəyyən fərqlər var.

***Buna da bax-Vurğun Əyyub: 'Geniş açıqlama Məleykə Abbaszadənin borcudur'

Şagirdlər birinci mərhələdə daha çox açıq tipli suallar, Ana dili fənnindən esse, açıq sualların cavablandırılması, Riyaziyyat fənnindən yenə də yazılı misal-məsələlərin həlli üzrə imtahan verib. İkinci mərhələdə isə daha çox vərdiş etdiyimiz ənənəvi test üsuluna daha yaxın olan bir sistem üzrə imtahan verirdi. Bunun da özəlliyi ondan ibarətdir ki, IX sinifdə oxuyan həmin uşaqlar doqquz il öncə yeni sistemlə-kurikulumla tədrisə başlayıblar. Orada nəzərdə tutulmuş standartların yalnız test üsulu ilə qiymətləndirilməsi mümkün deyil. Ona görə də daha geniş və əhatəli qiymətləndirmə prosesinin həyata keçirilməsi prosesinə başlanıb».

Sizcə test üsulunun üstünlüyü və ya çatışmayan cəhətləri nədədir? [video-sorgu]
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

XATIRLATMA

Azərbaycanda test üsulunun tətbiqinə 1992-ci ildə prezident Əbülfəz Elçibəyin səyi ilə başlanıb. Bəzi ekspertlər ehtiyat edirlər ki, test üsulunun ləğvi yenidən qəbulda, sovet dönəmində olduğu kimi, rüşvətə yol aça bilər.

Dövlət İmtahan Mərkəzindən bundan öncə qəbul sistemində dəyişikliklər ediləcəyi ilə bağlı açıqlama vermişdilər. Bu da test üsulunun ləğv ediləcəyi ilə bağlı mülahizələrə səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG