Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 02:11

Test sistemi ləğv edilirmi?


Sizcə test üsulunun üstünlüyü və ya çatışmayan cəhətləri nədədir? [video-sorgu]
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Sizcə test üsulunun üstünlüyü və ya çatışmayan cəhətləri nədədir? [video-sorgu]

Dövlət İmtahan Mərkəzi Azərbaycanda test imtahanının ləğv ediləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bununla bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) APA-nın sorğusuna cavab verilib.

DİM bildirib ki, mərkəz ümumtəhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini, attestasiyasını həyata keçirən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirən publik hüquqi şəxsdir. Buraxılış imtahanları və ali məktəblərə tələbə qəbulunu yenə də Dövlət İmtahan Mərkəzi həyata keçirəcək.

«Hazırda Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır. Yeni modelin yəqin ki, sentyabrda ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirirlər. Yeni model hazırlandığından onun gələcəkdə hansı formada olacağını indidən demək çətindir. Müzakirələr bitəndən və hüquqi normativ sənədlər hazırlanandan sonra bununla bağlı ictimaiyyətə ətraflı açıqlama veriləcək», - deyə məlumatda bildirilib

Artıq bu məsələ ictimaiyyət arasında ciddi müzakirələrə yol açıb. Bəzi ekspertlər deyir ki, test sistemi ləğv edilsə, qəbulda rüşvətxorluq sovet dönəmində olduğu kimi baş alıb gedəcək. Ali məktəblərə əsasən imkanlı şəxslərin, məmurların övladları daxil olacaq. Ali məktəblər kasıbların üzünə bağlanacaq.

Test sistemi Azərbaycanda mərhum Əbülfəz Elçibəyin prezident seçilməsi ilə 1992-ci ildən tətbiq edilməyə başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG