Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 08:46

3 nəfərin özünü öldürdüyü bildirilir


Sui-qəsd.

Yanvarın 25-də ölkə ərazisində 3 nəfərin özünü öldürdüyü bildirilir.

APA-nın xəbərinə görə, Ağdam rayonunda 33 yaşlı Vüsalə Quliyeva canına qəsd edib. Onun fosfor üzvü birləşməsini (bitki dərmanı) iynə ilə bədəninə yeritdiyi söylənir.

Zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən V. Quliyevanı xilas etmək mümkün olmayıb.

Buna da bax:​ İntihara əl atmış qızla söhbət

Şamaxı rayonunda isə 17 yaşlı Elvin Behtiyevin özünü asdığı deyilir. Komaya düşən gənc xəstəxana yolunda ölüb.

Başqa bir intihar olayının Bakıda baş verdiyi söylənir. Keçmiş polis işçisi Ramiz Quliyevin canına qıydığı açıqlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, o, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində rəis müavini vəzifəsində çalışıb.

Olayların səbəbi, hələlik, açıqlanmayıb, araşdırma gedir.

Buna da bax: İntihar xəbərləri gəlməkdə davam edir

Xatırlatma

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov "Report"un sorğusuna cavab olaraq bildirib ki, ötən ilin 9 ayı ərzində Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb.

Ekspertlər Azərbaycanda intiharlarla bağlı ayrıca mərkəzin yaradılmasını təklif edirlər. Onların fikrincə bir çox hallarda rəsmi qurumlar intiharların gerçək səbəblərini gizlədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG