Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 15:44

Bu gün, yanvarın 11-i Bakıda bir neçə intihar olayının baş verdiyi bildirilir.

APA-nın Xəzər Rayon Prokurorluğuna istinadən yaydığı xəbərə görə, olaylardan biri Buzovna qəsəbəsində yerləşən Vərəm Dispanserində qeydə alınıb. Orada müalicə alan, 53 yaşlı Anatoli Mehdiyevin boğazını kəsərək intihar etdiyi söylənir.

Suraxanı Rayon Prokurorluğundan verilən xəbərə görə isə, dekabrın 25-də, yəni, 17 gün öncə intihara cəhd edən Nərminə Paşayeva yanvarın 11-i xəstəxanada vəfat edib.

Buna da bax:​ İki günə 5 intiharın baş verdiyi bildirilir

Salyan rayonunda isə intihara cəhd olayının baş verdiyi söylənir. Xəbərə görə, Salyan şəhərində yaşayan V. K sirkə turşusu içərək intihara cəhd edib. Hazırda onun Salyan Rayon Xəstəxanasının reanimasiya şöbəsində olduğu deyilir.

Daha bir intihara cəhd olayının isə Xətai rayonunda qeydə alındığı söylənir. "Report"un xəbərinə görə, 39 yaşlı A.Q intihar məqsədilə bir neçə həb içib.

Yaxınları onu 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə çatdırıblar. Həkimlərin səyləri nəticəsində onun həyatını xilas etmək mümkün olub. Onun durumu orta ağır dəyərləndirilir.

Buna da bax: Psixoloqdan xəbərdarlıq: 'İntiharlar arta bilər'

Hər bir faktı üzrə hüquq-mühafizə orqanları araşdırma aparır. Olayların səbəbləri açıqlanmır.

Xatırlatma

Təkcə ötən ilin 9 ayında Azərbaycanda 500 özünü öldürmə həddinə çatdırma ittihamı ilə cinayət işi başlanıb. Ekspertlər Azərbaycanda intiharların səbəblərinin hərtərəfli araşdırılması ilə bağlı ayrıca mərkəzin yaradılmasını təklif edirlər. Onların fikrincə, bir çox hallarda intiharların gerçək səbəbləri gizlədilir. Mətbuatın araşdırmalarına görə, insanlar daha çox maddi sıxıntılar və hüquqsuzluqdan canlarına qıyırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG