Paşinyan Qarabağ erməniləri üçün 240 milyonluq borca girir
Ermənistan hökuməti Qarabağdan köçmüş şəxslərin mənzil probleminin həlli məqsədilə xaricdən 240 milyon dollar kredit götürəcəyini açıqlayıb. Tənqidçilər hesab edir ki, seçki ərəfəsində atılan bu addımla Nikol Paşinyan hökuməti Qarabağdan olan qaçqınların rəğbətini qazanmağa çalışır. Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, Qarabağ mənşəli seçicilər, əslində, Paşinyanın tərəfdarı deyillər. Lakin ekspertin qənaətinə görə, məhz revanşistlərin hakimiyyətə gəlməsi ilə yarana biləcək yeni müharibə təhlükəsi seçicilərin xeyli hissəsini, Paşinyanı sevməsələr belə, onun ətrafında birləşməyə məcbur edir.
Arxiv
-
Sentyabr 11, 2026Dünyanı dəyişən 11 Sentyabr görüntüləri
-
Sentyabr 02, 2026Putin həqiqətən ordusunu Ermənistandan çıxarmağa hazırlaşır?
-
Sentyabr 01, 2026Ermənistanla Hindistan birgə raket istehsal edə bilər
-
Avqust 10, 2026Üçtərəfli müdafiə paktı: Yaxın Şərqdə İranın əl-qolu bağlanır?
-
Avqust 10, 2026Rusiyadan Ermənistana qaçan Sergey: 'Mən rus fərarisiyəm'