Putinin ən effektiv 'silahı' – Milyarderlər
Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynovun sözlərinə görə, Rusiya milyarderlər vasitəsilə postsovet məkanında müxalifət formalaşdırır. O, bunu Ermənistanda Samvel Karapetyan və Robert Koçaryan nümunəsində gördüklərini deyir: "Seçkilər göstərdi ki, Ermənistanda qərbyönümlü idarəetmə olsa belə, Moskva bu ölkəni tam itirməyəcəyinə əmindir". Siyasi şərhçi Araz Əliyev isə hesab edir ki, Rusiya Ermənistandakı demokratiyanı birbaşa devirə bilməsə də, "Samvel Karapetyanın timsalında seçicilərin 23 faizinin səsini qazanmağı bacarır və bununla da Paşinyanın mütləq çoxluq əldə etməsinə mane olmağa çalışır".