Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 22:52

Paşinyan Kərkini Azərbaycana qaytaracaq? – Ekspert referendum təklif edir


Paşinyan Kərkini Azərbaycana qaytaracaq? – Ekspert referendum təklif edir
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00

Sədərək rayonunun Yerevandan 110 kilometr məsafədə yerləşən Kərki eksklavı Ermənistanda keçirilən seçkilər zamanı siyasətçilərin əsas müzakirə mövzularından birinə çevrilmişdi. Ermənilərin "Tiqranaşen" adlandırdığı bu kəndlə bağlı müxalifət iddia edirdi ki, baş nazir Nikol Paşinyan ərazini Azərbaycana güzəştə getmək niyyətindədir. Paşinyan isə öz növbəsində eksklavların qarşılıqlı şəkildə qaytarılmasının vacibliyini vurğulayaraq Artsvaşenin (Başkənd) də Ermənistana geri verilməli olduğunu bildirirdi. "III Respublika" Platformasının qurucu üzvü Araz Əliyev hesab edir ki, bu problemə sadəcə ərazi mübadiləsi kontekstində deyil, həm də sülh quruculuğu prosesinin tərkib hissəsi kimi yanaşılmalıdır. Ekspertin fikrincə, eksklavların gələcək aqibəti hər iki ölkədə referendum yolu ilə müəyyənləşdirilməlidir.

Bölmələr

XS
SM
MD
LG