Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:15

'Rusiya hər bir dövlətə bu addımı ilə açıq mesaj verdi' [media icmalı]


Ermənistan, Rusiyanın S300 raketləri. 21 sentyabr 2016
Ermənistan, Rusiyanın S300 raketləri. 21 sentyabr 2016

Mingəçevir Sənaye Parkı ilə bağlı gözləntilər, Azərbaycanda yoxsulluq meyarlarının gerçəkliklə uzlaşmaması və Rusiyanın Ermənistanla birgə qoşun birləşmələri yaratması bu gün (29 iyul, 2017-ci il) medianın aparıcı mövzularındandır…

“İki yoldan biri…”
Azadlıq.info” saytında “Hakimiyyət çətin seçim qarşısında” sərlövhəli məqalə oxumaq olar.

Buna da bax:​ Politoloq: 'İslahatlar aparmaq lazımdır'

Müəllif Nəsimi Məmmədli yazır ki, Rusiyanın Ermənistanla birgə qoşun birləşmələri yaratmasına dair sazişi prezident Putin-in ratifikasiya etməsi Azərbaycanda narahatlıqla müzakirə edilməkdədir. Xüsusilə də Qarabağın gələcək taleyi ilə bağlı daha da pessimist fikirlər dolaşmaqdadır.

Vladimir Putin və Serzh Sarkisian Kremldə, 15 Mart 2017
Vladimir Putin və Serzh Sarkisian Kremldə, 15 Mart 2017

“Mütəmadi olaraq Rusiya-Azərbaycan dostluğundan məqsədyönlü şəkildə pafosla dəm vuran, strateji müttəfiqlikdən ağız dolusu danışan, habelə bu dostluğun perspektivinə inananlar üçün bəlkə də hansısa gözlənilməzlik baş verib. Ancaq Rusiyanın dövlət siyasətinin mahiyyətini bilənlər üçün heç bir gözlənilməzlik və təşviş doğuracaq hal yoxdur. İndiyədək qeyri-rəsmi mövcud olan bu ittifaqın indi açıq şəkildə ortaya çıxması əslində xeyli müsbət haldır. Rusiya regionda yerləşən və maraqları olan hər bir dövlətə bu addımı ilə açıq mesajını verib”, – deyə yazıda qeyd olunur.

Buna da bax:​ Z.Əsgərov: 'Rusiya-Azərbaycan münasibətlərində gərginlik yoxdur'

Müəllifin gəldiyi nəticəyə görə, baş verənlər hakimiyyətin islahatlardan qaçmaqdan ötrü bəhanələrini əlindən alıb:

“Azərbaycan hökumətinin demokratik islahatlardan yayınmaq üçün daim sığındığı “etibarlı dost” artıq, Ermənistanla açıq hərbi ittifaqını təsdiq etdi. Azərbaycan hökuməti fakt qarşısında qalıb və çətin seçim etməli olacaq. Hakimiyyət marağının təminatı dövləti təhlükəyə sürüklədiyi kimi, dövlət marağının qorunması da hakimiyyət üçün arzuolunmaz proseslərə təkan verəcək…”

Müəllif yazır ki, indi hakimiyyətin əsas iki yolu var:

“Ya üzünü aydın şəkildə Qərbə tutub onun siyasi dəyərlərini qəbul edərək ölkənin təhlükəsizliyinə qlobal qarantiyanı təmin etməli, ya da Rusiyanın şərtlərinə razılaşaraq onun istəklərinə boyun əyməlidir”.

Buna da bax:​ F.Mustafa: 'Bu, Azərbaycanın maraqlarına təhlükə yaradır'

Yazıda təxmin edilir ki, hakimiyyət komandası son anadək Rusiyaya müəmmalı bağlılığına sadiq qalacaq…

Yoxsulluq meyarları dəyişsə…

Exo” qəzetində “Azərbaycanda yoxsulluğu müəyyən edən meyarlara yenidən baxmaq istəmirlər” sərlövhəli məqalə diqqət çəkir.

Yazıda bildirilir ki, hər ölkədə yoxsulluğun müəyyən edilməsinin öz meyarları var və bu meyarlar tətbiq edilərək yoxsul təbəqə müəyyənləşdirilir.

Yazıda xatırladılır ki, rəsmi olaraq Azərbaycanda əhalinin 5 faizi yoxsul hesab edilir. Ancaq bəzi ekspertlər bununla razılaşmırlar.

Buna da bax:​ Yoxsulluq səviyyəsi ABŞ-da 11% olanda, Azərbaycanda niyə 5%-dir?

"Azərbaycan". Karikatura. Gündüz Ağayev
"Azərbaycan". Karikatura. Gündüz Ağayev

Ekspert Seyfəl Əliyev qəzetə bildirib ki, Azərbaycanda yoxsulluğun müəyyən edilməsi ilə bağlı meyarlara yenidən baxılması çoxdan zərurətə dönüb. Amma hökumət bu məsələdə tələsmir:

“Səbəb də budur ki, bu halda Azərbaycan yoxsulluğun həddinə görə beynəlxalq reytinqlərdə lider mövqelərinə çıxacaq. Bu isə dövlətin imicinə yaxşı təsir göstərməyəcək”.

S.Əliyev müstəqil tədqiqatlara istinadən hesab edir ki, ölkə əhalisinin ən azı 20 faizi yoxsulluq həddindən aşağı yaşayır.

Başqa bir ekspert Samir Əliyev də ölkə əhalisinin cəmi 5 faizinin yoxsul olması barədə rəsmi rəqəmi şübhə altına alır:

Buna da bax:​ Prezident: 'Biz işsizliyi və yoxsulluğu 5-6 faizə endirmişik'

“Hətta yüksək inkişaf etmiş iqtisadiyyata malik, büdcə problemi olmayan Qərb ölkələrində bu göstərici bizdən yuxarıdır. Bu Azərbaycanda yoxsuluq həddini müəyyən edən meyarlardan irəli gəlir”.

Ekspert vurğulayır ki, ən ehtiyaclı əhali təbəqəsi regionlarda yaşayır. Amma onlar torpaq sahəsinə malik olduqlarından yoxsul sayılmırlar.

S.Əliyev hesab edir ki, bu yanaşma doğru deyil və torpaq sahəsinin olması şəxsin hələ təminatlı sayılmasına əsas vermir:

“Əgər, yoxsulluğu müəyyən edən indiki meyarlardan imtina edilsə, Azərbaycanda yoxsul sayılacaq əhalinin sayı bir neçə dəfə artar. Bir tərəfdən bu yaxşıdır və hətta bunu etmək zərurətdir, digər tərəfdən isə hökumət buna getməyəcək. Belə ki, bu zaman aztəminatlı insanlara dəstək verməkdən ötrü külli miqdarda pul vəsaitləri ayırmaq lazım olacaq. İndiki iqtisadi durumda isə bu problemdir”

Buna da bax:​ Ünvanlı sosial yardım tarixə dönəcək?

Mingəçevir Sənaye Parkı

Azərbaycan” qəzetində “Mingəçevir Sənaye Parkının tikintisində işlər sürətlə gedir” sərlövhəli məqalədə qeyri-neft sektorundakı vəziyyət dəyərləndirilir.

Müəllif xatırladır ki, dövlət başçısı İlham Əliyev 2015-ci il sentyabrın 21-də Mingəçevirə səfəri çərçivəsində sənaye parkının təməlqoyma mərasimində iştirak edib. Yazıda prezidentin həmin mərasimdəki çıxışından sitat da gətirilir:

“Ölkəmizin hər bir yerində, hər bir rayonunda sənaye zonaları yaradılmalıdır və artıq, bu istiqamətdə işlər gedir. Eyni zamanda, Bakı ilə birlikdə ölkəmizin 4 əsas sənaye mərkəzi olmalıdır”.

Buna da bax:​ Deputat: 'Ağır sənaye inkişaf etməlidir'

Azərbaycanda sənaye parkı layihəsi
Azərbaycanda sənaye parkı layihəsi

Yazıda vurğulanır ki, Bakı, Sumqayıt, Gəncə ilə yanaşı Mingəçevir də bu 4 mərkəzdən biridir. Orada ən müasir standartlara cavab verən, ən son texnologiya ilə işləyən yeni müəssisələr yaradılır.

Yazıda qeyd edilir ki, hazırda Sənaye Parkının inşası davam edir. Orada 9 fabrikin fəaliyyət göstərəcəyi nəzərdə tutulur:

“Pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları fabriki, ayaqqabı fabriki, tibbi kosmetika fabriki, toxuma fabriki, boyama fabriki və tikiş fabriki. Müəssisələr tam istehsal gücü ilə işləyəndə burada çalışanların sayı 5,5 min nəfərdən çox olacaqdır”.

Buna da bax:​ Azərbaycanın illərdir açılan zavodlarından nə xəbər?

Müəllifə görə, sənaye parkı fəaliyyətə başlayanda Mingəçevir şəhərində işsizlik problemi tamamilə aradan qaldırılacaq.

XS
SM
MD
LG