Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:43

F.Mustafa: 'Bu, Azərbaycanın maraqlarına təhlükə yaradır'


F.Mustafa
F.Mustafa

«Rusiyanın Ermənistanla birgə hərbi qoşun yaradılması haqda sazişi ratifikasiya etməsi birbaşa Azərbaycana qarşı məsələdir».

Deputat Fazil Mustafa Rusiyanın Ermənistanla birgə qoşun birləşmələri yaratmasına dair sazişi Vladimir Putin-in ratifikasiya etməsini belə dəyərləndirib.

F.Mustafa deyib ki, bu, artıq Azərbaycanın maraqlarına təhlükəli qərardır.

Deputat vurğulayıb ki, bu addım həm də Ermənistanın işğalçılıq hərəkətlərinə qarşı hər hansı hərəkət olduqda, Rusiyanın onun adından danışacağı deməkdir:

***Buna da bax-Azərbaycan NATO təlimlərinə niyə getmir

«Əslinə qalsa, bu sazişin ratifikasiya olunması ilə Ermənistan müstəqil dövlət olmaq mahiyyətini itirib», - deyə F.Mustafa bildirib.

F.QULİYEV: «NATO İLƏ ƏLAQƏLƏR GÜCLƏNDİRİLMƏLİDİR»

«Bu sazişin ratifikasiya olunmasında təəccüblü heç nə yoxdur. Rusiya daim Ermənistanın yanında olub, indi də elədir. Ermənistanı silahlandırıb, əsgəri qüvvələrini onun ixtiyarına verib».

Bunu isə deputat Fərəc Quliyev bildirib.

Onun fikrincə, indi Azərbaycan Rusiya ilə münasibətlərə yenidən baxmalıdır:

«Buna cavab olaraq Rusiya ilə münasibətlər yenidən baxılmalı, NATO ilə əlaqələr gücləndirilməlidir».

***Buna da bax-Tofiq Zülfüqarov: 'Əliyevlə Putin-in son görüşü qeyri-adi idi'

F.Quliyev hesab edir ki, Qarabağı Ermənistan yox, Rusiya işğal edərək Ermənistana verib. Onun fikrincə, ATƏT-in Minsk qrupunda iştirak edən Rusiya Ermənistanın əli ilə danışıqlar prosesini daim pozub.

«Bu, həm də Rusiyanın müharibə olarsa, Ermənistanın yanında olacağı mesajıdır», - deyə deputat bildirib.

Bu məsələyə, hələlik, Azərbaycanda Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi səviyyəsində münasibət bildirilməyib.

Bu sazişin ratifikasiya olunmasından 6 gün öncə Azərbaycan və Rusiya prezidentlərinin Soçidə görüşü olmuşdu. Rusiya prezidenti Vladimir Putin-in istəyi üzrə gerçəkləşən bu görüş zamanı tərəflər mətbuata qısa açıqlamalarında bu məsələyə aid heç bir fikir dilə gətirməmişdilər. Ancaq ekspertlər bu məsələnin də həmin görüşdə müzakirə olunduğunu istisna etmirlər.

XATIRLATMA

Prezident Vladimir Putin iyulun 27-də Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasına dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Bu barədə ölkənin rəsmi agentliyi məlumat yayıb.

İki ölkə arasında qoşunların birləşmiş qruplaşması ilə bağlı sazişi Rusiya və Ermənistan müdafiə nazirləri 2016-cı ilin noyabrında imzalamışdı.

Bildirilir ki, sözügedən qruplaşmanı yaratmaqda məqsəd «Qafqazda hərbi təhlükəsizliyi təmin etməkdir».

Saziş 5 illikdir. Amma sazişin bitməsinə 6 ay qalanadək tərəflər arasında qarşı çıxan olmasa, razılaşma avtomatik olaraq daha 5 il uzanacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG