Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:52

Deputat: 'Ağır sənaye inkişaf etməlidir'


V.Əhmədov
V.Əhmədov

«Hacıqabulda Sənaye Məhəlləsinin yaradılması 2016-cı ilin sonunda iqtisadiyyatın inkişafı ilə bağlı imzalanan strateji yol xəritələrindən irəli gələn məsələdir».

İqtisadçı-deputat Vahid Əhmədov bunu Hacıqabulda Sənaye Məhəlləsinin yaradılması ilə bağlı prezidentin sərəncamını şərh edərkən bildirib.

V.Əhmədov deyib ki, bu addımlar ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək siyasətinin tərkib hissəsidir. Belə sənaye məhəllələri, parkları Sumqayıtda, Mingəçevirdə, Neftçalada, Masallıda yaradılıb:

***Buna da bax-Qazaxıstanda artım, Azərbaycanda azalma

«Düzdür, bu strukturlar ölkəyə böyük gəlirlər gətirməyəcək, amma insanların işlə təminatı, nə isə istehsal etməsi baxımından yararlıdır».

Deputat hesab edir ki, ölkə iqtisadiyyatının köklü inkişafından ötrü isə ağır sənayenin inkişafı ən vacib məsələdir:

«İndi neft sənayesinə lazım olan avadanlıqları xaricdən gətiririk. Halbuki, bunu özümüz istehsal edə bilərik. Vaxtilə Azərbaycanda iri müəssisələr olub. Bunu yaratmaq imkanı var, xammal baxımından da hər hansı problem yoxdur. Yəni, bunları etmək olar».

V.Əhmədov hesab edir ki, ölkədə BMW, «Mercedes» avtomobillərinin istehsalı ilə bağlı müştərək zavod qurmaq da mümkündür.

***Buna da bax-Açılandan az sonra bağlanan müəssisələr

Bununla belə deputat vurğulayır ki, hazırda iri müəssisələr yaratmağa vaxt yoxdur. Odur ki, daha tez istehsala, ölkəyə az-çox gəlir gətirməyə imkan verən sənaye məhəllələrinin yaradılmasına üstünlük verilir.

XATIRLATMA

Prezident İlham Əliyev iyulun 25-də Hacıqabul Sənaye Məhəlləsinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, parkın yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın dəstəklənməsidir. Məhəllədə qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı, habelə xidmət müəssisələrinin yaradılması planlaşdırılır.

Azərbaycanda sənaye parkları və məhəllələrinin yaradılmasına 2011-ci ildən başlanıb. Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. 2013-cü ildə isə onun təməli qoyulub. Artıq bu parkda müəyyən müəssisələrin fəaliyyətə başladığı bildirilir.

Prezident bu istiqamətdə növbəti sərəncamlara birdə 2015-ci ildə imza atıb. Həmin il Neftçala Sənaye Məhəlləsinin, Mingəçevir və Qaradağ sənaye parklarının yaradılmasına qərar verilib.

2016-cı ilin ortalarında isə prezident Masallı Sənaye Məhəlləsinin, Pirallahı Sənaye Parkının yaradılması haqda sərəncamlar verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG