Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:20

Açılandan az sonra bağlanan müəssisələr


Lenti yeni kəsilən zavodlar niyə bağlanır?
Gözlə

No media source currently available

0:00 0:14:47 0:00

Qapısı qıfıllı zavodlar – açılandan az sonra bu müəssisələr niyə bağlanır? Özəlliklə, devalvasiyadan sonra yerli mediada bu cür xəbərlər artıb. Hətta bəzi müəssisələrin kredit borcuna görə satışa çıxarıldığı məlum olur.

İqtisadçı ekspert, iş adamı Nazim Bəydəmirli yeni açılan zavodların bağlanmasını çoxsaylı səbəblərlə izah edir:

“İlk səbəb layihələrin şişirdilməsidir. Əslində bunlar müxtəlif məmurlara məxsus olan, onların himayədarlıq etdiyi müəssisələrdir. Onlar da girovsuz dövlət vəsaitləri götürə bilmək, sahibkarlığa milli kömək fondundan kreditlər ala bilməkdən ötrü bu zavodları açırlar. Göstərici olaraq, sözdə yeni işləri, yeni ishehsal sahələri yaradacaqlarını qeyd edib, aşağı faizli kreditlər alırlar, amma realıqda isə bir iş görülmür”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Bəs, yeni nə qədər zavod açılıb, onların nə qədəri bağlanıb? Zavodların bağlanmasına səbəb nədir? Bu və digər suallara cavab tapmaq üçün İqtisadiyyat Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq, amma telefonun dəstəyini qaldıran olmadı.

İyulun 12-də prezident İlham Əliyevin sədrliyi ilə nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı iclasda da yeni açılacaq zavodlardan danışıb. Prezident vurğulayıb ki, sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində ciddi addımlar atılır. O özəlliklə, sənaye parklarının yaradılmasının uğurlarından danışıb:

“Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcək. Bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaq. Ümid edirəm ki, ilin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək. Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyuldu. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib. Bax, bu, artıq gördüyümüz işlərin gözəl təzahürüdür. Əminəm ki, bütün rayonlarımızda tapşırıq verdiyim kimi, tezliklə sənaye zonaları yaradılacaqdır”.

Rəsmilərin dilindən yeni zavodların açılması haqda anonsların verildiyi bir zamanda başqa zavodlar borcu probleminə görə satışa çıxarılır. Nazirlər kabinetinin iclasından 4 gün sonra – iyulun 16-da nazirlər kabinetinin orqanı olan respublika qəzeti bir neçə zavodun hərraca çıxarılması ilə bağlı məlumat dərc edib.

«Bakı Fındıq Emalı» MMC-nin əmlakı Beynəlxalq Banka borcunu ödəyə bilmədiyi üçün 37,7 milyon manata hərraca qoyulub. Bundan başqa Şəkidəki ət emalı zavodu 8,5 milyon manata, Novxanı qəsəbəsindəki şərab emalı zavodunu 6 milyon 150 min manata satılır.

Bakıdakı fındıq zavodunun Azərbaycan Beynəlxalq bankına borc məbləği açıqlanmır.

Buna da bax: Əsas kapitala investisiyalar azalır

Nazim Bəydəmirli düşünür ki, zavodların açılıb, sonradan işləyə bilməməsinin əsas səbəbi kreditlərin əslində sahibkar olmayan, məmurların dolayısı ilə yaratdıqları müəssisələrə verilməsidir, sonda da təbii olaraq həmin məmur-sahibkarlar müəssisəni işlədə bilmirlər:

“Əsl sahbkarlara meydan verilməlidir. Məmur vəzifədə oturub, sahibkarlıqla məşğul olmalalıdır. Əsl sahibkar kredit götürəndə onun risklərini nəzərə alır, onu qaytarmağın qayğısına qalır. Sahibkar öz işini görə bilsə, həm də ölkədə mal bolluğu yaranar, qiymət də stabilləşər”.

Nazim Bəydəmirli vurğulayır ki, azad və rəqabətli bazar mühiti yaranarsa, yeni zavodların və iş yerlərinin yaradılması haqda xəbərlər sözdə yox, əməl də görünər.

SORĞU: Sizin təsəvvürünüzdə yaxşı iş yeri nədir?

Bakı sakinlərinin bu suala fərqli cavabları var.

Sizin təsəvvürünüzdə yaxşı iş yeri nədir? [Cavablar]
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

​Statistika Komitəsinin 2015-ci ilin sonuna olan məlumatına görə ölkədə ümumilikdə 2583 sənaye müəssisəsi qeydə alınıb. Onlardan 577 qeyri-dövlət müəssisəsidir.

Amma hökumətin tənqidçiləri adətən dövlət statistikasının gerçək vəziyyəti əks etdirmədiyini, əslində, real durumun rəsmi rəqəmlərdə göstərilən kimi olmadığını deyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG