Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:09

Politoloq: 'İslahatlar aparmaq lazımdır'


Hikmət Hacızadə
Hikmət Hacızadə

«Əslində bu, yeni bir şey deyil. Onsuz da Ermənistan və Rusiya hərbi hissələri bir mərkəzdən idarə olunurdu. O mərkəz isə Rusiyadır».

Politoloq Hikmət Hacızadə Rusiyanın Ermənistanla birgə qoşun birləşmələri yaratmasına dair sazişi prezident Putin-in ratifikasiya etməsini dəyərləndirərkən belə deyib.

Politoloq hesab edir ki, sənəd ümumilikdə aydın mesaj məzmunu daşıyır.

***Buna da bax-F.Mustafa: 'Bu, Azərbaycanın maraqlarına təhlükə yaradır'

«Bu, Rusiyanın Azərbaycan və Ermənistan ictimaiyyətinə mesajdır. Yəni, mən Ermənistanla bir yerdəyəm. Birdən siz mənimlə razılaşdırılmamış bir hücuma başlasanız, bilin ki, mən ermənilərlə birgəyəm. Vəziyyət belədir. Bu sərəncam Azərbaycan ictimaiyyətinə bir mesajdır. O sərəncam Azərbaycanı durdurmaq niyyəti ilə verilib», - H.Hacızadə deyib.

Sazişə əsasən, qoşunların Qafqazda təhlükəsizliyi təmin etməli olması məqamına toxunan H.Hacızadə deyir ki, sənəddə ifadə edilən təhlükəsizlik məsələsi indiki status-kvonun saxlanmasıdır.

«Yəni, biz (Rusiya) haranı tutmuşuqsa, tutmuşuq. Onu nəzərdə tuturlar. Yəni, dəyişikliklər olmayacaq. Durum belədir».

Politoloq hazırkı durumda Azərbaycan və Gürcüstan hökumətlərinin sazişə qarşı birlikdə hər hansı addım atmasını effektli saymır.

***Buna da bax-Tofiq Zülfüqarov: 'Əliyevlə Putin-in son görüşü qeyri-adi idi'

«Hələ ki, Rusiya güclüdür. O məsələni (hərbi əməliyyatlardan söhbət gedir-red.) qırağa qoymalıyıq. Onsuz da biz bu alyans ilə vuruşa bilməyəcəyik. Bizim gücümüz çatmır. Ona görə də əgər inkişaf etmək istəyiriksə, daxili islahatlar aparmaq lazımdır. Liberallaşmaq lazımdır. Dünyaya dost olmaq lazımdır. Bizim də dünyaya qapımız açılacaq və onda hər şey dəyişəcək», - politoloq vurğulayıb.

XATIRLATMA

Prezident Vladimir Putin iyulun 27-də Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasına dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb. Bu barədə ölkənin rəsmi agentliyi məlumat yayıb.

İki ölkə arasında qoşunların birləşmiş qruplaşması ilə bağlı sazişi Rusiya və Ermənistan müdafiə nazirləri 2016-cı ilin noyabrında imzalamışdı.

Bildirilir ki, sözügedən qruplaşmanı yaratmaqda məqsəd «Qafqazda hərbi təhlükəsizliyi təmin etməkdir».

Saziş 5 illikdir. Amma sazişin bitməsinə 6 ay qalanadək tərəflər arasında qarşı çıxan olmasa, razılaşma avtomatik olaraq daha 5 il uzanacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG