Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 05:39

Z.Əsgərov: 'Rusiya-Azərbaycan münasibətlərində gərginlik yoxdur'


Ziyafət Əsgərov

«Rusiya-Azərbaycan münasibətlərində gərginlik barədə deyilənlərlə razılaşmıram, münasibətlərimizdə heç bir problem yoxdur».

Bunu APA-ya açıqlamasında Milli Məclisin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov qeyd edib ki, Rusiya tərəfdən də Azərbaycana qarşı heç bir gərginlik yaradılmır.

«Rusiya ilə münasibətlərimiz strateji əməkdaşlıq fonunda inkişaf edir, hesab edirəm ki, bu, gələcəkdə də belə olacaq», - deyə o vurğulayıb.

XATIRLATMA

Bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv edib. Budan sonra Azərbaycan parlamentində Rusiya əleyhinə bəzi fikirlər səslənmişdi.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin dəstəyi ilə yaradılıb.

Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatı sayılırdı. Qurumun Rusiyanın 80-dən çox bölgəsində şöbələri var idi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG