Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:57

Azərbaycan İranda dəmir yoluna 60 milyon investisiya qoyur


Dəmir yolu çəkilişi (arxiv fotosu)

İran Dəmir Yolları rəhbərliyi ölkənin sərhəd Astara şəhərində dəmiryolu terminalının inşası və istismarı ilə bağlı Azərbaycanla investisiya sazişinin imzalandığını bildirib.

“Turan” İranın rəsmi qurumlarına istinadən xəbər verir ki, investisiya sövdələşməsi "Azərbaycan Dəmir Yolları" ASC və "İran Dəmir Yolları" (RAİ) arasında imzalanıb.

Müqavilə şərtlərinə uyğun olaraq Azərbaycan hökumətinin İran layihəsinə 60 milyon dollar investisiya qoymağa razılaşdığı bildirilir. Müqavilənin müddəti bitən kimi Astara terminalındakı bütün obyektlər İrana veriləcək.

Buna da bax: 'Azərdəmiryol'un dəstəyi ilə İranda dəmir yolu xətti çəkiləcək

Azərbaycan tərəfinin İran ərazisiylə ildə ən azı iki milyon ton yük daşınmasına razılıq verdiyi deyilir.

Astara stansiyası "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsi çərçivəsində tikilir.

Bundan əvvəl "Azərbaycan Dəmir Yolları" QSC "Astara yükdoldurma və yükboşaltma terminalının tikintisi və istismarı" layihəsini dəstəkləyəcəyi barədə məlumat yaymışdı.

Buna da bax: Amerika qazı Avropaya gələndən sonra...

Həmin məlumatda Azərbaycanın dəstəyi ilə İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin və 4 terminalın tikintisinin nəzərdə tutulduğu bildirilirdi.

Layihənin detalları, məbləği isə açıqlanmırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG